Icma.az
close
up
RU
Tarixi missiya Deputat yazır

Tarixi missiya Deputat yazır

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

2025-ci il avqustun 22-də Türkmənistanın Avaza şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən yüksək səviyyəli görüş və imzalanmış sənədlər yalnız bir diplomatik mərasim deyildi. Bu tarixi hadisə regionda Azərbaycan–Türkmənistan–Özbəkistan üçtərəfli əməkdaşlıq formatının təməlini qoydu və Orta Asiya–Cənubi Qafqaz əlaqələrinin gələcək inkişafı üçün yeni səhifə açdı.

Azərbaycan, Türkmənistan və Özbəkistan xalqları əsrlər boyu ortaq mədəniyyət, din və ənənələrlə bağlı olmuş, tarixi İpək Yolunun mühüm dayaqlarından sayılmışdır. Ulu öndər Heydər Əliyev müstəqilliyimizin ilk illərindən etibarən bu təbii yaxınlığı strateji əməkdaşlığa çevirmək üçün ardıcıl siyasət yürüdürdü. Onun siyasi irsində “Türk dünyasının birliyi” ideyası xüsusi yer tuturdu. Ulu öndər Heydər Əliyev dəfələrlə vurğulayırdı ki, türkdilli dövlətlərin həmrəyliyi yalnız mədəniyyət və tarixi bağlarla yox, həm də iqtisadi, siyasi və təhlükəsizlik maraqları ilə möhkəmləndirilməlidir. Bu xətt bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilir.

Prezident İlham Əliyevin Avazada söylədiyi “Türkmənistan əmin əllərdədir” fikri təsadüfi deyildi. O, keçmiş prezident, Xalq Arxadağı Qurbanqulu Berdıməhəmmədovun müdrik siyasətini, Serdar Berdıməhəmmədovun isə inkişaf yolunu uğurla davam etdirdiyini vurğuladı. Avazadakı sürətli inkişaf həm də ölkənin etibarlı və stabil idarə olunduğunu göstərir.

Azərbaycan–Türkmənistan əlaqələrinin simvolik göstəricilərindən biri Arxadağ və Füzuli şəhərlərinin qardaşlaşması oldu. Bu, xalqlarımızın əsrlərlə davam edən yaxınlığının müasir dövrdə dövlət səviyyəsində təsdiqi kimi tarixə düşdü. Bundan əlavə, Türkmənistanın təşəbbüsü ilə Füzuli şəhərində məscidin inşası barədə qərar iki xalqın dini-mənəvi birliyinin parlaq nümunəsinə çevrildi. Bu addım yalnız dini abidənin inşası deyil, həm də Qarabağın bərpasına qardaş dəstəyi kimi qiymətləndirilməlidir.

Azərbaycan Respublikası və Türkmənistan arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə qurulub. Münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır və xalqlarımız arasındakı tarixi dostluq-qardaşlıq əlaqələri bu tərəfdaşlığın əsasını təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyev 2021, 2022 və 2022-ci illərdə Türkmənistanda keçirilən beynəlxalq tədbirlərdə iştirak edib. Türkmənistanın keçmiş Prezidenti Qurbanqulu Berdiməhəmmədov 2020-ci ildə, hazırkı Prezident Sərdar Berdiməhəmmədov isə 2023-cü ildə Bakıda səfərdə olub. Bu səfərlər ölkələr arasında siyasi dialoqun güclənməsinə və strateji əməkdaşlığın dərinləşməsinə xidmət edib.

Azərbaycan–Türkmənistan parlamentlərarası əlaqələr də hər zaman işgüzar qiymətləndirilir. Milli Məclisidə Azərbaycan–Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Türkmənistan Məclisində də Azərbaycanla dostluq qrupu yaradılıb. Bu qurumlar qanunverici orqanlar arasında əməkdaşlığın gücləndirilməsinə, siyasi dialoqun və xalq diplomatiyasının inkişafına mühüm töhfə verir.

Azərbaycan–Türkmənistan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya 2009-cu ildən fəaliyyət göstərir. Sonuncu 7-ci iclas 2023-cü ildə Aşqabadda keçirilib. İki ölkə arasında ticarət dövriyyəsi 2023-cü ilin yanvar-oktyabr aylarında 710,39 milyon ABŞ dolları təşkil edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 88,4 faiz artım deməkdir. İdxal əsasən xam neft, təbii qaz və yanacaq məhsulları, ixrac isə alüminium məhsulları, pambıq lifi və şəkər hesabına artıb.

Özbəkistan da Qarabağda dirçəlişə böyük töhfələr verir. Azərbaycan–Özbəkistan münasibətləri də sözlə yox, əməllə sübut olunur. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, qardaş özbək xalqı Qarabağın bərpasına həm təhsil, həm də istehsalat sahəsində böyük töhfələr verib. Füzulidə Mirzə Uluqbəy adına 960 şagirdlik məktəbin inşası artıq yüzlərlə gənc qarabağlının təhsil almasına şərait yaradıb. Xankəndidə açılmış tikiş fabriki isə yüzlərlə qadının məşğulluğunu təmin edir və bölgədə sosial-iqtisadi dirçəlişə real töhfə verir. Bu layihələr qardaşlığın yalnız sözlə deyil, konkret əməllərlə sübuta yetirildiyini nümayiş etdirir.

Yeni əməkdaşlıq formatı strateji istiqamətlər üzrə daha da inkişaf edir. Azərbaycan, Türkmənistan və Özbəkistan liderləri Avazada qəbul etdikləri qərarla üçtərəfli əməkdaşlığın institusionallaşdırılması barədə razılığa gəldilər. Prezident İlham Əliyev dövlət qurumlarına göstəriş verərək, növbəti görüşədək nəqliyyat, tranzit, logistika, enerji, neft-qaz və mədəni əməkdaşlıq üzrə konkret təkliflərin hazırlanmasını tapşırdı. Bu təşəbbüs regionda Şimal–Cənub və Şərq–Qərb dəhlizlərinin daha effektiv işləməsinə, enerji təhlükəsizliyinin möhkəmlənməsinə və mədəni-humanitar inteqrasiyanın dərinləşməsinə xidmət edəcək. Başqa sözlə, bu sammit yalnız üç ölkənin maraqlarına deyil, həm də qitələrarası ticarət və əməkdaşlıq proseslərinə mühüm töhfə verəcək. Prezident İlham Əliyevin sözləri ilə desək, bu, tarixi gün və tarixi sammitdir. Azərbaycan–Türkmənistan–Özbəkistan əməkdaşlığı regionda yeni sabitlik və inkişaf modelini formalaşdırır.

Əgər Ulu Öndər Heydər Əliyev türkdilli dövlətlərin həmrəyliyi ideyasını siyasi gündəmə gətirirdisə, sevindirici haldır ki, Prezident İlham Əliyev bu ideyanı praktik addımlarla reallığa çevirir. Qarabağın bərpasında türkmən və özbək qardaşlarının dəstəyi isə bu əməkdaşlığın mənəvi təməllərinin nə qədər güclü olduğunu göstərir. Qısa desək, Azərbaycan diplomatiyasının mühüm uğuru olan Avaza sammiti gələcəkdə Türk dünyasının daha sıx inteqrasiyası və regional sabitliyin təminatı üçün möhkəm zəmin yaratdı.

Məşhur Məmmədov
Milli Məclisin deputatı

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 27 Avqust 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri