Icma.az
close
up
RU
Deputat: 30 ildə dövlət büdcəsi 50 dəfə artıb

Deputat: 30 ildə dövlət büdcəsi 50 dəfə artıb

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“2026-cı ilin büdcə zərfi iki fundamental aspektinə görə xüsusilə fərqlənir. 

Birincisi, növbəti ilin büdcəsi müstəqillik illərinin ən böyük büdcəsi olacaq. İkincisi, enerji gəlirlərimiz artıqdan sonra ilk dəfə dövlət büdcəsinin gəlirlərinin 58 faizə yaxını qeyri neft-qaz sektorunun payına düşəcək. 

Bu isə o deməkdir ki, qeyri-resurs sektoru yalnız ÜDM-in formalaşmasında deyil, eyni zamanda fiskal gəlirlərimizdə drayverə çevrilməkdədir. Bu isə iqtisadiyyatın dinamik inkişafı üçün güclü maliyyə bazası formalaşdırır”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat Vüqar Bayramov deyib.Deputat qeyd edib ki, qeyri neft-qaz gəlirlərinin müdafiə olunan xərcləri tamamilə üstəmələsi üçün büdcə konsalidasiyası çərçivəsində növbəti ildə də fiskal dayanıqlığın güclənəcəyindən xəbər verir:

“Büdcə layihəsi möhtərəm Prezident tərəfindən müəyyənləşdirilmiş milli prioritetlərə uyğun olaraq hazırlanıb. Belə ki, gələn il 12 milyard manatdan artıq vəsait milli təhlükəsizliyimizin güclənməsinə və işğaldan azad olunan ərazilərimizin bərpasına yönəldiləcək. 

Ümumi büdcə xərclərinin 30 faizinə yaxının sözügedən iki istiqamətə yönəldilməsinə baxmayaraq digər prioritet hədəflərə də tələb olunan vəsaitin ayrılması mümkün olacaq. Belə ki, gələn il büdcə xərclərinin 17 milyard manatdan çoxu sosial yönümlü olacaq. Bu isə büdcədən xərclənən hər 100 manatdan 41 manatın sosial istiqamətə ayrılması deməkdir.

Bir sıra marjinal siyasi qruplar tərəfindən iqtisadiyyatın şaxələnməsi ilə bağlı aparılan islahatlara kölgə salmağa çalışır. Müqayisə üçün qeyd edim ki, AXC-Musavat qrupunun yarıtmaz idarəetməsi nəticəsində tənəzzülə uğrayan iqtisadiyyat və eləcə də fiskal yığımlar Milli Liderin yenidən hakimiyyəti qayıtması nəticəsində aparılan sistemli islahatlar nəticəsində 1995-ci ildə stabilləşdi. Nəticədə, Milli Liderin əsasını qoyduğu siyasət cənab Prezidentin rəhbərliyi ilə daha da dərinləşdirildi. 

Son 30 ildə Azərbaycanın dövlət büdcəsi 50 dəfə artdı. Eyni zamanda, 1995-ci ildə 300 dollar olan adambaşına ÜDM 2025-ci ildə 7,6 min dollara yüksələrək 25 dəfədən çox artıb. Beynəlxalq Valyuta Fondunun qiymətləndirmələrinə əsasən, post-sosialist dövlətləri arasında adambaşına düşən ÜDM-in həcminə görə son 30 ildə ən güclü sıçrayışı Azərbaycan nümayiş etdirib.  Göründüyü kimi, Azərbaycan son 30 ildə iqtisadi stabilliyi gücləndirməklə yanaşı, neft gəlirlərindən sonra iqtisadiyyatın şaxələndirilməsi islahatlarını dərinləşdirdi”.

V.Bayramov əlavə edib ki, iqtisadiyyatın diversifikasiya baxımdan qeyd etmək lazımdır, son 10 ildə qeyri-neft sektorunun büdcə gəlirlərindəki payı 3 dəfə bənd artaraq 20 faizdən 60 faizə çatmaqdadır. ÜDM-in isə 68 faizi qeyri neft-qaz sektorunun payına düşür.

Deputat çıxışının davamında bir sıra təkliflər də verib:

“Büdcə xərclərindəki artım dinamikasının iqtisadi artıma və eləcə də bir sıra sektorlardakı tələbə təsirlərinin ayrıca qiymətləndirilməsi məqsədəuyğun olardı;

Əvvəlki müzakirələrdə qeyd etdiyimiz kimi, subsidiyaların səmərəliliyin qiymətləndirilməsi və ayrılması mexanizminin təkmilləşdirilməsi məqsədəuyğun olardı;

Nazirləri Kabinetindəki təşkil edilən bir sıra müzakirələrə ekspertlərin də dəvət edilməsi arzuolunan olardı. Oxşar praktika Mərkəzi Bank tərəfindən həyata keçirilir”.

Vilayət Muxtar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Noyabr 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri