Icma.az
close
up
RU
Статья не опубликована
Deputat: ATƏT etimadın möhkəmləndirilməsi məqsədilə əməkdaşlıq məsələlərinə daha çox diqqət ayırmalıdır

Deputat: ATƏT etimadın möhkəmləndirilməsi məqsədilə əməkdaşlıq məsələlərinə daha çox diqqət ayırmalıdır

Icma.az, Aznews.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Məclisin ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov qurumun qış sessiyasında “Avropa təhlükəsizliyi” mövzusunda müzakirələrdə çıxış edib.

O, Helsinki prinsiplərinin pozulmasından əziyyət çəkmiş ölkə kimi, Azərbaycanın ATƏT-in öz prinsiplərini qorumaqda uğursuzluğundan dərin məyusluq hissi keçirən ilk dövlətlərdən biri olduğunu bildirib:

"ATƏT-in daxilində və onun parlament ölçüsündə bu uğursuzluğun səbəblərini hərtərəfli şəkildə araşdırmaq vacibdir. İkili standartlara və beynəlxalq hüququn seçmə yanaşma əsasında tətbiqinə son qoymaq lazımdır".

Q.Məmmədov deyib ki, insan hüquqlarından siyasi məqsədlər üçün sui-istifadə yolverilməzdir:

"Bu, insan hüquqlarına ayrı-ayrı fərdi hüquq pozuntuları hallarından daha çox ziyan vurur. Məsələn, etnik təmizləməyə məruz qalmış azərbaycanlıların geri qayıtmaq hüququnu görməzdən gəlmək riyakarlıqdır. Sülhyaratma prosesində tərəflərin razılığı kimi universal prinsip qorunmalıdır. Vasitəçiliyin zorla qəbul etdirilməsi cəhdləri, BMT Baş Assambleyasının müvafiq qətnaməsi daxil olmaqla beynəlxalq hüququn pozulması deməkdir".

Deputat qeyd edib ki, ATƏT-in qondarma “Minsk Qrupunu” süni şəkildə saxlamağa çalışması münaqişə yaratmaq məqsədi daşıyır və sülhə xidmət etmir:

“Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə edilmiş bütün konkret nəticələr ikitərəfli formatda mümkün olub. Azərbaycan qalan məsələlərin xoş niyyət əsasında ikitərəfli şəkildə həllinə sadiqdir. Ermənistan da qarşılıqlı şəkildə siyasi iradə göstərməli və sülhə mane olan bütün əngəlləri aradan qaldırmalıdır. Beynəlxalq ictimaiyyət təcavüzkar müharibədən zərər çəkmiş dövlətləri təcavüzün fəsadlarını aradan qaldırmaqda yalnız qoymamalıdır”.

Nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, Ermənistan Azərbaycanın minə yaxın yaşayış məntəqəsini dağıtmaqla və ərazinin 13 faizini 3 milyon mina və partlamamış sursatla çirkləndirməklə Azərbaycana 150 milyard ABŞ dolları həcmində ziyan vurub:

"Bununla belə, təcavüzkar ölkə olan Ermənistan müxtəlif maliyyə dəstəklərindən bəhrələnir və bu yardımlarını yenidən silahlanma üçün sui-istifadə edir. Azərbaycana isə heç bir kömək göstərilmir. Nəhayət, ATƏT etimadın möhkəmləndirilməsi məqsədilə əməkdaşlıq məsələlərinə daha çox diqqət ayırmalıdır. Bağlantılılıq ATƏT-in fəal rol oynaya biləcəyi sahədir. Hazırda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrlik edən və ATƏT-in fəal iştirakçı dövləti olan Azərbaycan Asiya və Avropa arasında sinerjini təşviq etməyə hazırdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 21 Fevral 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see415

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see282

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see228

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see172

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see163

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see163

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see147

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see142

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see136

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see123

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see123

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri