Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Deputat: Azərbaycan Qazaxıstan münasibətləri ortaq strateji məqsədlərə xidmət edir

Deputat: Azərbaycan Qazaxıstan münasibətləri ortaq strateji məqsədlərə xidmət edir

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan-Qazaxıstan münasibətləri ortaq strateji məqsədlərə xidmət edir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Səbinə Salmanova qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstanın nüfuzlu “Kazinform” agentliyinə müsahibəsi bir tərəfdən iki ölkə arasındakı əlaqələrinin yüksək səviyyəsini nümayiş etdirdi, digər tərəfdən isə müasir dövrdə Türk dünyasının birliyinə, regional əməkdaşlığa və sülhə yönəlmiş aydın bir siyasi baxışın ifadəsidir: “Bu müsahibə həm də Azərbaycan diplomatiyasının uzaqgörən strategiyasını, Prezident İlham Əliyevin qlobal proseslərə milli maraqlar prizmasından baxmaq bacarığını bir daha ortaya qoydu. Dövlət başçısının səsləndirdiyi fikirlər təkcə iki qardaş ölkə arasındakı münasibətlərin möhkəm təməllər üzərində qurulduğunu göstərmir, eyni zamanda Türk dövlətləri arasında yaranan etimad, həmrəylik və ortaq gələcək vizionunun canlı təzahürünə çevrilir. Prezidentin qardaş Qazaxıstana ünvanladığı səmimi mesajlar, regional sabitlik, enerji təhlükəsizliyi və nəqliyyat əlaqələrinin inkişafı ilə bağlı açıqlamaları bir daha təsdiqləyir ki, Azərbaycan bu gün sülhün, əməkdaşlığın və qarşılıqlı hörmətin etibarlı dayağı kimi çıxış edir”.

Deputat bildirib ki, Prezident İlham Əliyev müsahibəsində Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələrin hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunduğunu qeyd edib:

“İki ölkə arasında münasibətlərin bu səviyyəyə yüksəlməsi illər ərzində formalaşmış qarşılıqlı anlayışın, liderlər arasında səmimi dostluğun və ortaq strateji məqsədlərin nəticəsidir. Azərbaycan və Qazaxıstan təkcə ikitərəfli münasibətlərdə deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində bir-birini ardıcıl şəkildə dəstəkləyirlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatı, BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digər beynəlxalq platformalarda səmərəli əməkdaşlıq edir, qlobal miqyasda sülhün, əməkdaşlığın və ədalətin möhkəmlənməsi üçün səylərini birləşdirirlər. Təbii ki, bu qarşılıqlı dəstək həm siyasi etimadın, həm də ortaq maraqların təzahürüdür. Qazaxıstan daim Azərbaycanın beynəlxalq təşəbbüslərini, xüsusilə də sülh gündəmini, dayanıqlı inkişaf layihələrini və regional əməkdaşlıq təşəbbüslərini dəstəkləyir. Eyni zamanda, Azərbaycan da qardaş Qazaxıstanın beynəlxalq arenadakı mövqelərini və təşəbbüslərini hər zaman diqqətlə izləyir və dəstək verir. Bu qarşılıqlı əməkdaşlıq iki dövlətin münasibətlərini təkcə siyasi deyil, həm də strateji müttəfiqlik səviyyəsinə yüksəldib. Ölkələrimiz arasında imzalanmış strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin 20 yaşı var. Bu illər ərzində Azərbaycanla Qazaxıstan arasında təqribən 170 sənəd hazırlanıb, siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaradılıb”.

Səbinə Salmanova onu da qeyd edib ki, Türk dünyasının həmrəyliyinin, ortaq tarixi və mədəni köklərinin müasir dövrdə strateji əməkdaşlığa çevrilməsində Türk Dövlətləri Təşkilatı (TDT) mühüm rol oynayır: “Oktyabrın 7-də Azərbaycanın qədim şəhəri Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib. Bu gün TDT yalnız siyasi və iqtisadi platforma deyil, həm də mədəni kimliyin, tarixi yaddaşın və mənəvi birliyin qorunması missiyasını da daşıyır. TDT çərçivəsində Azərbaycanla Qazaxıstan arasında mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlıq da sistemli və ardıcıl xarakter daşıyır. Birgə təşəbbüslər festivalların, sərgilərin, ədəbi gecələrin və konfransların təşkilindən tutmuş, elm və təhsil müəssisələri arasında fəal əməkdaşlığa qədər geniş istiqamətləri əhatə edir. Bu qarşılıqlı əlaqələr təkcə iki ölkə arasında deyil, ümumilikdə Türk dünyasında ortaq mənəvi dəyərlərin qorunmasına və gələcək nəsillərin milli kimlik ruhunda tərbiyəsinə xidmət edir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 Oktyabr 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri