Deputat: Azərbaycanın dünyanın neft ehtiyatlarındakı payı az olsada Avropanın enerji təhlükəsizliyində rolu əvəzsizdir
Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanın neft ehtiyatları dünya üzrə neft ehtiyatlarının cəmi 0,7 %-ni təşkil edir.
“Report” xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə Milli Məclisin bu gün keçirilən iclasında deyib.
Deputatın sözlərinə görə, buna baxmayaraq, Azərbaycan Avropanın enerji təhlükəsizliyində əvəzsiz rol oynayır. O, xatırladıb ki, 1993-cü ildə dövlət büdcəsinə gəlirlərin 96 %-i neft-qaz satışından əldə olunurdu:
"Lakin müstəqillik dövründə neft sənayesinin modernləşdirilməsinə və qeyri-neft sektorunun inkişafına yönəldilmiş səylər nəticəsində hazırda büdcədə neft gəlirlərinin payı 48 %-ə enib. Bu azalma tendensiyasının gələcəkdə də davam edəcəyi gözlənilir".
A. Mirzəzadə əlavə edib ki, neft sazişləri Azərbaycanın investisiya gəlirlərinin artmasında, qeyri-neft sektorunun inkişafında və əhalinin rifahının yüksəlməsində mühüm rol oynayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 29 Noyabr 2024 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















