Icma.az
close
up
RU
Deputat: Avropanın enerji təhlükəsizliyində Azərbaycanın önəmli rolu qəbul edilib

Deputat: Avropanın enerji təhlükəsizliyində Azərbaycanın önəmli rolu qəbul edilib

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın önəmli rolu qəbul edilib.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Deputat deyib ki, dünən Albaniyada "Avropa Siyasi Birliyi"nin sammiti keçirilib: "Avropa Siyasi Birliyi" (EPC) təşəbbüsündə məqsəd qitə boyunca sabitliyi möhkəmləndirmək, siyasi dialoqu dərinləşdirmək və əməkdaşlığı genişləndirməkdir. Bu platforma fərqli maraqlara və geosiyasi mövqelərə malik dövlətlərin bir araya gəlməsi və ümumi problemləri müzakirə etməsi üçün ən yaxşı imkandır. Xüsusilə Avropa İttifaqına üzv olmayan ölkələrin də prosesə cəlb edilməsi təşəbbüsün demokratikliyinə və bəşəriliyinə inamı artırır”.

Müşfiq Cəfərov qeyd edib ki, Tiranada keçirilən sammit zamanı Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşüb: Antonio Koşta və Ursula Fon der Lyayen Azərbaycanın Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı olduğunu bildirərək, ölkəmizin xüsusilə Avropanın enerjiyə ehtiyacı olan zaman göstərdiyi dəstəyi yüksək qiymətləndirdiklərini qeyd ediblər. Fon der Lyayen və Koşta özləri Azərbaycan Prezidenti ilə görüşməyi xahiş ediblər. Bundan əvvəl də Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Azərbaycana uğurlu səfəri olmuşdu. Bütün bunlar Avropa İttifaqının Azərbaycana olan siyasətinin müsbətə doğru dəyişdiyindən xəbər verir. Görüş zamanı Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələri və Orta Dəhlizdə aparıcı rolu vurğulanıb. Bununla yanaşı, ölkəmizin regionda və onun hüdudlarından kənarda sülhün və sabitliyin təmin olunmasında müxtəlif tərəflər arasında dialoqun aparılması üçün platforma rolu oynamasından məmnunluqla danışılıb. Görüş zamanı Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində aparılan müzakirələrə toxunulub, bu sahədə də Avropa İttifaqı ilə əməkdaşlıq üçün böyük perspektivlərin mövcud olduğu vurğulanıb. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Göründüyü kimi, həm iqtisadi, həm də siyasi müstəvidə Azərbaycan kimi etibarlı tərəfdaşın Avropa ittifaqı ilə qarşılıqlı əməkdaşlıq etməsi təqdir olunur. Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın önəmli rolu, o cümlədən regional təhlükəsizliyin başlıca aktoru olması qəbul edilib. Bütün bunlar Cənubi Qafqazın lideri Azərbaycanın əldə etdiyi və bundan sonra da əldə edəcəyi uğurların təminatıdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://apa.az
archiveBu xəbər 17 May 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see216

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see174

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see169

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see159

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see152

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see149

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see136

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see135

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see135

Elvin Cəfərquliyev 2025 ci ilin ən yaxşısı seçildi ÖZƏL

29 Dekabr 2025 18:26see129

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri