Icma.az
close
up
RU
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu günü gündən artır

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu günü gündən artır

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Fəzail İbrahimli,

Millət vəkili, professor

Bu gün enerji təhlükəsizliyi bütün dünya dövlətlərinin milli təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilmişdir. Ümumilikdə dünya iqtisadiyyatının inkişafında enerji resurslarının böyük rolu vardır. Azərbaycan zəngin karbohidrogen ehtiyatlarına malikdir və bu resursları istehsal və ixrac etməklə çoxşaxəli enerji strategiyası yeridir. Hazırda respublikamızın enerji sahəsində etibarlı tərəfdaşa çevrilməsi, Pan-Avropa qaz təchizatçısı kimi nüfuzu göz qabağındadır. Lakin bu heç də asan əldə edilməmişdir və bunun reallaşdırılması üçün siyasi iradə və güclü strateji siyasi xətt tələb olunur. Bu işin əsası Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 2013-cü il 29 oktyabr sərəncamı ilə qoyuldu. Bu sərəncamla Azərbaycan təbii qazının dünya bazarlarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqlinin təmin edilməsi ilə bağlı işlər start götürdü. Daha sonra 2014-cü il 20 sentyabrda Bakıda “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyində Cənub Qaz Dəhlizinin təməli atıldı.

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasil olunacaq qazı Türkiyəyə və buradan də Avropaya daşıyacaq 3500 kilometrlik Cənub Qaz Dəhlizi dünyada inkişaf etdirilən ən nəhəng təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” (CQBKG), Trans-Anadolu boru kəməri (TANAP) və “Trans-Adriatik” boru kəməri (TAP) layihələri təşkil edir. Bu layihələrin reallığa çevrilməsi dünya enerji bazarında Azərbaycanın yeri və rolunu möhkəmləndirir və etibarlı tərəfdaş kimi əhəmiyyətini artırır. Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə 2020-ci ildə ölkəmizdən Avropaya qaz nəql olunmağa başlamışdır. Bu gün Azərbaycanın müəllifi olduğu, Xəzər regionu ilə Avropanı birləşdirən megalayihə – Cənub Qaz Dəhlizi layihəsi Azərbaycan qazının Avropaya ixracını təmin edir.

Hazırda Avropada gedən Ukrayna-Rusiya savaşı Avropa ölkələrinin enerji təchizatlarının tam təmin olunmasındakı çətinlikləri ortaya qoydu. Avropa dövlətləri enerji ticarətlərindəki istiqamətləri dəyişdirməyə və Rusiya qazından asılı qalmamaq üçün çıxış yolları axtarmağa başladılar. Dünya enerji sistemində meydana çıxan böyük dəyişiklikləri Avropa liderləri də etiraf edirlər. Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş olması bu zaman sübut olundu. Avropa dövlətləri artıq Azərbaycanla strateji tərəfdaş olmaqda daha maraqlı tərəf kimi çıxış etməyə başladılar. Qaz təchizatının coğrafiyasının genişlənməsi nəticəsində artıq Azərbaycan öz təbii qazını dünyanın 12 ölkəsinə çatdırır ki, bunların da 10-u Avropa ölkəsidir. Dövlətimizin yeritdiyi enerji strategiyası nəticəsinə nəhəng enerji arteriyasının qurulması və şaxələndirilməsi bu işin gələcəkdə coğrafiyasının daha da genişlənəcəyindən xəbər verir. Ölkə başçısının da qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayətidir. “Əsrin müqaviləsi” ilə ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan neft strategiyası bu gün uğurla davam etdirilir. Reallaşan nəhəng enerji layihələri yeni üfüqlər açmaqla ölkəmizi dünya enerji bazarında əhəmiyyətli fiqurlardan birinə çevirir.

Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıqda bərpaolunan enerjinin də xüsusi rolunu qeyd etmək lazımdır. Azərbaycanın istehsal etdiyi “yaşıl enerji”nin gələcəkdə Avropaya daşınması ilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki mövqeyi daha artmış olacaq. Bu günlərdə Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və eyni zamanda Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında səsləndirilən fikirlər də sübut edir ki, Avropa Azərbaycanla həm enerji layihələri çərçivəsində çoxşaxəli əməkdaşlıqda, enerji ticarətinin daha da genişləndirilməsində, həm də uzunmüddətli perspektivdə “yaşıl enerji”nin Avropaya ixracında maraqlıdır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 09 Aprel 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri