Icma.az
close
up
RU
Deputat: “Azərbaycanın futbolçularını o oyunçular seçdilər ki, onlar öz ölkələrinin milli komandasına düşə bilmirdilər”

Deputat: “Azərbaycanın futbolçularını o oyunçular seçdilər ki, onlar öz ölkələrinin milli komandasına düşə bilmirdilər”

Pravda.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

AFFA-nın 2024-cü ildəki xərcləri müzakirələrə səbəb olub. Belə ki, Feserasiyanın hesabatına əsasən, ötən il 33 milyon 448 min manat pul xərclənib. Bu pulun 15 milyon manatdan çoxu milli komanda üçün, 6 milyon manatı isə əməkhaqqı və ezamiyyə üçün xərclənib. Hesabat fonunda Azərbaycan millisinin FİFA-nın reytinq siyahısında 119-cu yerdə qərarlaşması yenidən gündəmə gətirilib, Federasiya tənqid edilib.

Milli Məclisin Gənclə və idman komitəsinin üzvü Müşfiq Cəfərov Pravda.az-a açıqlamasında deyib ki, bu gün Azərbaycanda milli futbolun inkişaf etməməsinin səbəbləri hər kəs üçün maraqlıdır.

Deputat qeyd edib ki, futbola kifayət qədər diqqət göstərilir, pul ayrılır, amma istənilən nəticə əldə edilmir: “Hazırda ölkəmizin milli komandasının FİFA-nın reytinq siyahısında 119-cu yerdə qərarlaşması hər kəsi məyus edir. Dünya və Avropa çempionatlarının seçmə oyunlarında zəif nəticə göstərən millimizin bu vəziyyəti düşündürücüdür. Azərbaycan ictimaiyyətində belə bir fikir formalaşıb ki, Azərbaycanda futbol yoxdur. Bütün uğursuzluqların da səbəblərini futbolçuların üzərinə yıxmışıq. Azərbaycan futbolu niyə beynəlxalq arenada uğur qazana bilmir? Bu sualın cavabını hamımız düşünməliyik. Heç kim dünyaya futbolçu və idmançı olaraq gəlmir, yetişdirilir. SSRİ dövründə bütün maneə və şəraitsizliyə baxmayaraq, yerli futbolçular yetişmişdi ki, bunun əsas səbəbi məhəllə futbolunun olması idi. Hazırda məhəllə futbolu tamamilə sıradan çıxarıldı. AFFA bu məsələdə bəzi məktəblərin yaxınlığında süni meydançalar tikməklə işin bitmiş olduğunu hesab etdi. Futbolda olan zəif cəhəti aradan qaldırmaq üçün xarici oyunçular transfer olunmağa başladı. Lakin bu da effektli çıxış yolu olmadı. Çünki ölkəmizin millilərini o oyunçular seçdilər ki, onlar öz ölkələrinin milli komandasına düşə bilmirdilər. Beləliklə, yenə də millimiz Avropada ən zəiflərdən oldu. Düşünürəm ki, problemlərə yanaşma dəyişmədikcə müsbət nəticələr qazanmaq mümkün olmayacaq. Xarici oyunçulara xərclənən pulu elə öz uşaqlarımızın inkişafına yönəltmək daha məqsədəuyğun olardı. Dəfələrlə demişəm, indi də deyirəm, problemin kökü uşaq futbolundadır. Nə qədər ki bu istiqamətdə ciddi, düşünülmüş, doğru işlər aparılmayacaq, futbolumuzdakı böhran da aradan qalxmayacaq. Bu gün regionda Gürcüstanla müqayisədə Azərbaycan çox geridədir. Türkiyəni misal göstərsək, orada istər uşaq futbolu, istərsə də peşəkar futbol klublarına sponsorluq etmək üçün sıraya düzülən böyük şirkətlər görərik. Bu, güclü idarəetmənin, ağıllı yanaşmanın nəticəsidir".

Aytəkin Qardaşova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://pravda.az
archiveBu xəbər 15 Aprel 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see144

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see139

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see138

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see135

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see133

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see130

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see129

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see126

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see123

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see119

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see117

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see116

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see115

Yeni dərs ilində məktəb formaları dəyişəcək? RƏSMİ

02 İyun 2025 14:52see114

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see113

Ata telefonu açaraq oğlunun Qatilini Tapdı

02 İyun 2025 23:28see113

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see113

Rusiya vapların satışına tam qadağa qoymağa çağırır...

02 İyun 2025 22:55see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri