Icma.az
close
up
RU

Deputat: Bir milyarda yaxın uşaq iqlim dəyişmələri təsirlərindən son dərəcə yüksək risk altında olan ölkədə yaşayır

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"İqlim dəyişikliyinin təsirindən kənarda qalmayan uşaqlar və gənclər çox vaxt iqlim siyasətindən kənarda qalırlar. Halbuki iqlim dəyişmələri uşaqların sağlamlığına, inkişafına, təhlükəsizliyinə və əsas xidmətlərə çıxışına ciddi təsir göstərir. Təəssüf ki, bir milyarda yaxın uşaq, yəni dünyanın uşaq əhalisinin yarısı iqlim dəyişmələri təsirlərindən "son dərəcə yüksək risk" altında olan 33 ölkədən birində yaşayır".


APA xəbər verir ki, bunu COP29 çərçivəsində keçirilən Milli səviyyədə müəyyən edilmiş töhfələrdə uşaq və gənclərin iştirakı: Tərəqqi və nailiyyətlər mövzusunda tədbirdə Azərbaycan Milli Məclisinin deputatı Nigar Məmmədova deyib.

O deyib ki, uşaqlar və gənclər yalnız müşahidəçi olmaqdan imtina etməlidir:

“Gənc liderlər və fəallar iqlimlə bağlı təcili tədbirlərə çağıran iqlim kampaniyaları təşkil edirlər. Lakin onların qərar qəbul etmə prosesinə daxil edilməsini təmin etməliyik”.

NDC-də uşaq və gənclərin iştirakı barədə danışan Nigar Məmmədova deyib ki, Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) gənclərin daha çox iştirakı bütün cəmiyyətin maraqlı tərəflərinin daha inklüziv iştirakını təmin edəcək:

”Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrdə (NDC) ən isti ilin ardınca gələcəyimizin necə olacağına qərar verəcək. Nəzərə alsaq ki, NDC-lər ölkələrin qlobal iqlim hədəflərinə töhfə verən əsas mexanizmdir, bu mənada gənclərin qərar qəbuletmə proseslərində fəal iştirakı ilə təsirli və davamlı nəticələr əldə edilə bilər. Uşaqların və gənclərin iqlim, ətraf mühit siyasətində mərkəzləşdirilməsi onların üzləşdiyi iqlim risklərini azaltmaqla yanaşı, siyasətdə yeniliklərə təkan verə bilər. Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri hazırlayarkən gənclərin də masa arxasında oturmalarını, bəşəriyyətin iqlim böhranına reaksiyasını formalaşdırmaqda mənalı şəkildə məşğul olmalarını təmin etməliyik. Burada iqlim savadlılığını da gözardı etməməliyik. Gənclərin iqlim ambisiyalarını artırmaq üçün maarifləndirici proqramlara cəlb etmək məqsədəuyğun olardı. Gənclərin səlahiyyətlərinin artırılması sadəcə zərurət deyil, həm də sağlam ətraf mühit hüququ ilə uzlaşan fundamental insan hüququdur. Hökumətlər gəncləri bu prosesə dəvət etmək üçün yeni mexanizmlər hazırlamalıdır. Bu prosesdə vətəndaş cəmiyyətinin iştirakı da olduqca vacibdir. Belə ki, Gənclər təşkilatları xüsusilə həssas qrupları müəyyən edə və onlara masa arxasında yer təklif edə bilərlər. İqlim problemlərinin həllində gənclərin innovativ ideyalarından istifadə effektiv olar bilər”.

Eko savadlılıq məsələsinə toxunan deputat söyləyib ki, iqlim dəyişikliyi təhsilinin milli kurrikulumlara inteqrasiyası iqlim savadlılığının artırılmasına töhfə verə bilər:

“Gələcək nəsillər dəyişən iqlimin təsirləri ilə yaşamalı və onları idarə etməli olacaqlar. Gənclərin prosesə qoşulması daha iddialı iqlim fəaliyyətinə gətirib çıxara bilər”.

Nigar Məmmədova çıxışı zamanı Azərbbaycan təcrübəsinə də toxunub:

”Öz ölkəmin təcrübəsinə istinad edərək, qeyd etmək istəyirəm ki, Azərbaycan Hökuməti BMT-nin UNİCEF təşkilatı ilə Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzalayaraq, iqlim siyasətində uşaqları ön plana çəkmək öhdəliyini götürüb. Məhz bu bəyannamə inklüziv, həmçinin, uşaqlar və gəncləri rəhbər tutan iqlim siyasətlərini və fəaliyyətlərini sürətləndirmək üçün yerli və qlobal səviyyələrdə qəbul edilmiş sənəddir. Uşaqları iqlim dəyişmələri üzrə siyasətlərin mərkəzinə yerləşdirməyimiz və iqlim dəyişmələrinin təsirlərindən onları qorumaq üçün həll yollarına sərmayə yatırmağımız vacibdir. Azərbaycanın bu bəyannaməni imzalaması uşaqları iqlim gündəminin mərkəzinə qoyan növbəti bir addımdır.
Uşaqlar üçün vacib olan təhsil, sosial müdafiə və səhiyyə kimi mövcud sistemləri uyğunlaşdırmaq və gücləndirmək üzərində çalışmalıyıq. Məqsəd bu xidmətləri iqlim dəyişmələrinə davamlı və təsirlərə cavab verə bilən etməkdir”.


“Həssas qrupdan olan şəxslərin ətraf mühitin və təbiətin müxtəlifliyinin qorunmasına dəstək tədbirlərində iştirakını təmin etmək üçün çoxsaylı layihələrin təşkilatçısı kimi deyə bilərəm ki, mənim ölkəm uşaqlar və gənclər üçün əhəmiyyətli olan iqlim prosesinə sadiqdir. Mən hər kəsi iqlim fəaliyyətlərinin uşaqlar və gənclər üçün daha davamlı bir gələcək yaratmağa necə töhfə verəcəyini düşünməyə çağırıram”, - deyə o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://apa.az
archiveBu xəbər 21 Noyabr 2024 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri