Icma.az
close
up
RU
Deputat: Bu, artıq statistika deyil, narazılıqdır

Deputat: Bu, artıq statistika deyil, narazılıqdır

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Bu gün mən burada bir fərmandan yox, minlərlə sahibkarın və vətəndaşın acı təcrübəsindən danışıram. 

2023-cü ildə Prezident tərəfindən “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalandı. Məqsəd illərlə sənədsiz qalan qeyri-yaşayış obyektlərini rəsmiləşdirmək, sahibkarın əlini-qolunu açmaq, iqtisadiyyata nəfəs vermək idi”.

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, rəqəmlərə görə, bu fərmanla bağlı 18 mindən çox müraciət edilib:

“Amma bu müraciətlərin nəticəsi nə olub? Cəmi təxminən 4–5 min obyekt sənədləşdirilib. Bu nə deməkdir? Bu, o deməkdir ki, hər 5 sahibkardan 4-ü hələ də nəticə ala bilməyib.

Hörmətli həmkarlar, bu, artıq statistika deyil. Bu narazılıqdır, bu ümidsizlikdir. Sahibkar deyir ki, sənədləri verdim, aylarla cavab yoxdur. Bir idarə deyir başqa quruma get, o biri deyir, yenidən müraciət et. Biri razılıq verir, digəri imza atmır. Bu, sahibkarlıq üçün şərait deyil, bu, bürokratik labirintdir.

Bu gün sənədi olmayan obyekt nə deməkdir? Bu, o deməkdir ki, sahibkar bankdan kredit ala, obyektini sata, girov qoya bilmir. İşini böyütmək istəsə də, riskə girə bilmir.

Nəticədə nə olur? İş yerləri açılmır. Pul dövriyyəyə girmir. Dövlət də, vətəndaş da uduzur.

Bir məsələ də var. Bu prosedur üçün son tarix qoyulub — 2026-cı il. Amma bu temp ilə gedilsə, minlərlə sahibkar vaxta çatmayacaq. Sonra nə olacaq? Yenə problem, yenə narazılıq.

Biz açıq deməliyik. Fərmanın niyyəti doğru idi, amma icrası zəifdir. Problem qanunda yox, mexanizmdədir”.Razi Nurullayev bu məsələ ilə bağlı açıq çağırış edib:

“Prosedurlar sadələşdirilməlidir. Cavab müddətləri konkret olmalıdır. Sahibkar aylarla havada saxlanmamalıdır. Vaxt 2026-cı ildə bitir və indi siz görəsiniz ki, aidiyyəti qurumların qarşısında onilliklər əvvəl xarici pasport almaq üçün növbə gözləyən və növbələr satılan mənzərəni xatırladır. 

Vaxt uzadılmalı, insanlara real imkan verilməlidir. Ona görə də portalda qeydiyyatdan keçmək zamanı uzadılsın. Bunu çox, çox, çox xahiş edirəm.

Araşdırma göstərir ki, Prezident fərmanında nəzərdə tutulan dövlət orqanlarının heç biri üzərinə düşən vəzifəni tam vicdanla yerinə yetirməyib. 

Əgər biz bu məsələni indi həll etməsək, sabah bu problem daha böyük sosial narazılığa çevriləcək. Sahibkar sıxıntı çəkirsə, ölkə inkişaf etmir. Sahibkar qazanmırsa, dövlət də qazanmır”.

Vilayət Muxtar
“Cebheinfo.az”

Açar sözlər: narazılıq Razi Nurullayev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Dekabr 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see483

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see433

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see337

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see284

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see275

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see271

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see267

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see259

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see259

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see241

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see226

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see221

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see216

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see215

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see214

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see206

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see205

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see191

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri