Icma.az
close
up
RU
Deputat: Bu qurum Məşğulluq və İşsizlikdən Sığorta Fondu adlandırılmalıdır

Deputat: Bu qurum Məşğulluq və İşsizlikdən Sığorta Fondu adlandırılmalıdır

Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun adı dəyişdirilərək Məşğulluq və İşsizlikdən Sığorta Fondu adlandırılmalıdır.
Reyting.az
xəbər verir ki, bunu Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov təmsil etdiyi qurumun parlamentin Əmək və sosial siyasətin komitəsi ilə birgə iclasında bildirib.
"Gələn il Fondun xərclərinin 266,4 milyon manat olacağı gözlənilir ki, bunun da 77 milyon manatı, yəni 30 %-ə yaxını özünüməşğulluq tədbirlərinin təşkilinə sərf ediləcək. İşsizliyə görə sığorta ödənişləri isə 28 milyon manat olacaq ki, bu da ümumi xərclərin 10,5 %-i deməkdir. Göründüyü kimi, Fondun vəsaitlərin əhəmiyyətli hissəsi işsizliyə görə sığorta ödənişlərindən kənar istiqamətlərə yönəldiləcək. Aktiv sosial proqramlara daha çox vəsait yönəldildiyini nəzərə alaraq fondun adının dəyişdirilməsi onun fəaliyyət istiqamətlərinə və fəlsəfəsinə daha uyğun olardı", - deyə o qeyd edib.
Deputat əlavə edib ki, gələn il ehtiyac meyarının 300 manata çatdırlması ünvanlı dövlət sosial yardımının artmasına səbəb olacaq: "Yeni ehtiyac meyarı müəyyənləşdirilməsi ünvanlı yardım üçün müraciətlərin sayının artması baxımından vacibdir. Ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək. Hazırda 80 min 300 aztəminatlı ailənin 353 min 300 üzvü yardım alır. Bu isə o deməkdir ki, artımlardan faydalanan ailələrin sayı kifayət qədər çox olacaq".
Bundan başqa, onun sözlərinə görə, gələn il nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin 8 milyard 323 milyon manat olması, bunun 1,7 milyard manatının dövlət büdcəsindən ayrılması nəzərdə tutulub: "Yəni, Fondun gəlirlərinin 20 %-dən çoxu büdcə hesabına təmin ediləcək və bu göstərici 2025-ci il üçün fondun təsdiq olunmuş büdcəsi ilə demək olar, eynidir.
Fondun xərclərinin 8 milyard 146 milyon manatı əhaliyə ödənişlər, o cümlədən 7 milyard 882 milyon manatı əmək pensiyalarının ödənilməsi xərcidir. Bu o deməkdir ki, Fondun xərclərinin 94 %-dən çoxu məhz pensiyaçılara ödənilən vəsaitdir. 2025-ci il ilə müqayisədə gələn il pensiyalara ayrılacaq vəsait 10 % artırılacaq. Bu isə pensiyaçıların sosial təminatının gücləndirilməsinin gələn ildə də diqqət mərkəzində olacağı deməkdir.
Qanunvericiliyə əsasən, gələn ildə də pensiyaların indeksləşdirilməsi və artırılması həyata keçiriləcək. Bununla, 2026-cı ilin yanvar ayından etibarən bütün növ əmək pensiyalarının artımı baş verəcək. Bu artım təxminən 1 milyon 100 min vətəndaşı əhatə edəcək və 2025-ci ildə nominal orta aylıq əmək haqqındakı artım faizinə uyğun həyata keçiriləcək. Belə ki, bu ilin ilk 9 ayında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,7 % artaraq 1 093 manata çatıb. İlkin gözləntilərə əsasən, gələn ildən pensiyalar 9,2 % artırılacaq."
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://reyting.az
archiveBu xəbər 05 Noyabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see237

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see236

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see234

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see227

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see195

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see188

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see181

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see168

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see166

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see162

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see160

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see159

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see157

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see153

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see153

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see152

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see151

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see148

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri