Icma.az
close
up
RU
Deputat: COP29 zamanı baş verə biləcək hər hansı siyasi təxribat və açıqlamaları ciddi qəbul etmək lazım deyil

Deputat: COP29 zamanı baş verə biləcək hər hansı siyasi təxribat və açıqlamaları ciddi qəbul etmək lazım deyil

Pravda.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Azərbaycan COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi edəcək. Bundan öncə COP tədbirlərinə ev sahibliyi edən ölkələrin hazırlıq üçün ən az iki il vaxtı olurdu. Azərbaycanın isə vaxtı çox qısa idi və cəmi 10 ay ərzində COP29-a hazırlıq prosesini həyata keçirdi. Xarici ekspertlərin rəyini nəzərə alsaq, deyə bilərik ki, Azərbaycan bu işin öhdəsindən layiqincə gəlib. Bilirsiniz ki, COP29 çox ağır, böyük məsuliyyətli bir tədbirdir. Artıq tədbirin baş tutmasına günlər qalıb. İnanırıq ki, belə ağır və məsuliyyətli işin öhdəsindən layiqincə gələcəyik. Cənab Prezidentin COP29-la bağlı tədbirin keçiriləcəyi məkana səfəri zamanı bir daha əmin olduq ki, tədbirə tam hazırıq”. 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. 

“Xüsusilə dünya liderlərinin bu tədbirə qatılmaqla ilə bağlı verdikləri təsdiq, həmçinin çoxlu sayda ekspertlərin COP29-a qatılması deməyə imkan verir ki, biz COP29-la bağlı öhdəliklərimizin ən önəmlilərini yerinə yetirmişik. Tezliklə qonaqlar Bakıya təşrif buyuracaqlar. Təəssüf ki, dünya dövlətlərinin və bəzi xarici ekspertlərin, siyasətçilərin ikiüzlülüyünün, ikili standartlardan çıxış etmələrinin şahidi olduq. Bu tədbirin Azərbaycanda keçirilməsini dəstəkləyən dövlətlərin də siyasətçiləri növbəti dəfə riyakarlıq, ikiüzlülük nümayiş etdirdilər. Ancaq istənilən halda unutmamalıyıq ki, bu tədbir siyasi yox, iqlim dəyişikliklərini özündə ehtiva edən bir tədbirdir. Bu baxımdan COP20-u siyasiləşdirmək, Azərbaycana qarşı siyasi alət kimi istifadə etmək yersiz idi. COP29 ərəfəsində və ondan sonrakı dövrdə də bu cür riyakarlar olacaq. İstənilən halda Azərbaycan bu ağır və məsuliyyətli işin də öhdəsindən layiqincə gələcək. Qətiyyən imkan verməyəcəyik ki, bu tədbiri siyasiləşdirsinlər. COP29-a təşrif buyuracaq dünya liderləri də məhz bunun ciddiyyətini anladıqları üçün tədbirdə yaxından iştirak edəcəklər. COP29 zamanı baş verə biləcək hər hansı siyasi təxribat və açıqlamaları ciddi qəbul etmək lazım deyil. Çünki bu, birbaşa erməni lobbisinin təzyiqi, təsiri altında həyata keçirilir və keçiriləcək. Eyni zamanda Azərbaycanın qazandığı yeni reallıqları qəbul etmək istəməyən, Azərbaycanı daima təzyiq altında saxlamaq istəyən bəzi güclərin istəkləri və sifarişləri əsasında reallaşdırılacaq. Yetərincə belə təzyiqləri görmüşük və buna qarşı immunitetimiz güclüdür. Baş verə biləcək digər məkrli hücumların da qarşısını layiqincə alacağıq. Həm indi, həm də növbəti COP tədbirlərinə dair öhdəliklərimizi uğurla həyata keçirəcəyik. COP29 Azərbaycanın gücünə güc qatacaq. Xüsusilə, iqlim dəyişiklikləri ilə, Azərbaycanın və regionun, o cümlədən planetin problemləri ilə bağlı müsbət qərarların veriləcəyinə birlikdə şahidlik edəcəyik”. 

Aytəkin Qardaşova 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://pravda.az
archiveBu xəbər 08 Noyabr 2024 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see329

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see174

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see115

Berdıyev Azərbaycandan qaçdı Zənglərə cavab vermir

03 İyun 2025 21:58see114

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see113

Trampın səbri tükəndi

03 İyun 2025 22:51see113

“Hörümçək toru” təkrarlana bilər

03 İyun 2025 22:03see112

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see112

Deyirlər, Kölndə yenə bomba tapılıb...şəhər boşaldılır?...

03 İyun 2025 21:05see112

Mətin Eynullayevə ağır itki

04 İyun 2025 09:11see112

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see112

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see111

Paltardakı ləkələri və sarılığı aradan qaldıran ən ucuz vasitə hansıdır? 2 qaşıq əlavə edin

04 İyun 2025 09:37see111

Zelenski onu Birləşmiş Qüvvələrin komandanı təyin etdi

04 İyun 2025 11:23see111

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see110

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see110

Gizlin qalmış ən məşhur sirr: 3 yaşlı Medlinin izi 18 ildən sonra yenidən axtarılır

04 İyun 2025 07:46see110

Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi

04 İyun 2025 02:30see109

Cənubi Koreyanın yeni prezidenti Li Jae Myonq vəzifəsinin icrasına başlayıb YENİLƏNİB

04 İyun 2025 04:15see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri