Si Cinpin ABŞ ni Çinə qarşı məhdudiyyətləri aradan qaldırmağa ÇAĞIRDI
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Cenevrə ticari-iqtisadi danışıqlarından sonra ABŞ Çini məhdudlaşdıran neqativ tədbirləri ləğv etməlidir.
Redaktor.az xəbər verir ki, bu barədə Çin lideri Si Cinpin ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı bildirib.
“Cenevrə danışıqlarından sonra Çin əldə olunmuş razılaşmanın müddəalarını ciddi şəkildə həyata keçirdi, ABŞ əldə olunan irəliləyişi real qiymətləndirməli və Çinə qarşı görülən mənfi tədbirləri aradan qaldırmalıdır”, - Çin Mərkəzi Televiziyası Si Cinpindən sitat gətirib.
Onun sözlərinə görə, Çin-Amerika münasibətlərinin gedişatını düzəltmək üçün sükanı düzgün tutmaq və istiqaməti düzgün təyin etmək, eləcə də hər cür maneələri və pozuntuları aradan qaldırmaq lazımdır.
Daha əvvəl Tramp söhbətin ardınca sosial şəbəkədə ABŞ və Çinin yaxın vaxtlarda ticarət razılaşması ilə bağlı görüş keçirəcəyini yazmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 05 İyun 2025 20:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















