Icma.az
close
up
RU
Akademik Zərifə Əliyeva adına İrpen Humanitar Xarici Dillər Liseyinin əməkdaşları Naxçıvana səfər ediblər

Akademik Zərifə Əliyeva adına İrpen Humanitar Xarici Dillər Liseyinin əməkdaşları Naxçıvana səfər ediblər

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Naxçıvan, 5 iyun, AZƏRTAC

Ukraynada yerləşən akademik Zərifə Əliyeva adına İrpen Humanitar Xarici Dillər Liseyinin direktoru Valentina Antonenko, liseyin bir qrup şagirdi və Bakıda yerləşən akademik Zərifə Əliyeva adına Liseyin direktor müavini Aynur Hüseynova Naxçıvan Muxtar Respublikasına səfər ediblər.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, səfər çərçivəsində qonaqlar Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətini əks etdirən eksponantlarla tanışlıq olub.

Qonaqlar səfər çərçivəsində Kəngərli rayonunun Şahtaxtı kəndində akademik Zərifə Əliyeva adına tam orta məktəbə də baş çəkiblər. Məktəbdə alimin həyat və fəaliyyətini əks etdirən Xatirə Muzeyini ziyarət edəndən sonra siniflərdə tədris prosesini izləyiblər.

Valentina Antonenko məktəbin müəllim kollektivi ilə görüşdə bildirib ki, rəhbərlik etdiyi məktəb 20 ilə yaxındır akademik Zərifə Əliyevanın adını daşıyır. Liseydə alimin büstü qoyulub, həyat və fəaliyyətindən bəhs edən muzey yaradılıb. Hazırda liseyin yerləşdiyi küçə də Zərifə xanımın adını daşıyır.

Vurğulanıb ki, məktəbdə 2500 şagird təhsil alır. Bir neçə ildir ki, liseydə Azərbaycan dilində də dərs keçirilməsinə başlanılıb.

Valentina Antonenko qeyd edib ki, İrpendə fəaliyyət göstərən lisey ölkələrimiz və xalqlarımız arasındakı dostluğun göstəricilərindəndir. Hərbi əməliyyat zamanı zərər çəkmiş bu təhsil müəssisəsi Azərbaycan Prezidentinin tapşırığı ilə "SOCAR Enerjy Ukrain" tərəfindən qısa zamanda bərpa olunub.

Qonaq Bakı şəhəri akademik Zərifə Əliyeva adına Liseylə də sıx əməkdaşlığın olduğunu diqqətə çatdırıb.

Sonda Ukraynanın İrpen şəhərində yerləşən Zərifə Əliyeva adına Humanitar Xarici Dillər Liseydən bəhs edən videoçarx nümayiş etdirilib.

Qonaqlar Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi və Naxçıvan Dövlət Universitetinin nəzdində ingilis dili təmayüllü gimnaziya ilə də tanış olublar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 İyun 2025 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri