Deputat: Diplomatiya sahəsində qadınların sayının artırılması üçün müvəqqəti kvota tətbiq edilə bilər
Icma.az, Report.az portalına istinadən məlumat verir.
Diplomatiya sahəsində qadınların sayının artırılması üçün müvəqqəti kvota tətbiq edilə bilər
"Report" xəbər verir ki, bunu Mili Məclisin deputatı Nigar Arpadarai “Diplomatik xidmət haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, qadın səfirlərin sayı azdır:
“Kvota sistemi və pozitiv diskriminasiyanın tərəfdarı deyiləm. Amma müvəqqəti addımlar atmaq, imtiyazlar mümkündür. Qadınların sayının artırılması üçün müvəqqəti kvota tətbiq edilə bilər”.
Deputat həmçinin vurğulayıb ki, illərdir çalışan, bir neçə dəfə səfir olan yaşlı diplomatlar var, hazırda işsizdirlər:
“Onlara nə XİN-də, nə digər əlaqədar orqanlarda müvafiq vəzifə yoxdur. Onlar hələ də işləmək istəyirlər və onların təcrübəsindən hansısa şəkildə istifadə etmək olar”.
Milli Məclisin sədri Sahibə Qafarova isə deputatın qadınlarla bağlı kvota tətbiqi haqqında təklifinə müsbət yanaşmadığını söyləyib:
“Kvota məsələsi gender bərabərliyi problemi olan ölkələrdə keçərli ola bilər. Azərbaycanda isə gender bərabərliyi Konstitusiyada da öz əksini tapıb”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 13 Dekabr 2024 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















