Icma.az
close
up
RU
Deputat: Ədəbiyyatımız tədrisdə daha geniş yer almalıdır

Deputat: Ədəbiyyatımız tədrisdə daha geniş yer almalıdır

Icma.az, Apa.az saytına istinadən bildirir.

“Ədəbiyyat tədrisdə daha geniş yer almalıdır”.

APA xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Elnarə Akimova deyib.

Deputat bildirib ki, növbəti payız sessiyasında “Ali təhsil haqqında” qanuna ediləcək dəyişikliklər müzakirə olunarkən xüsusilə bir məqama diqqət yetirilməsini istəyir: “Aydındır ki, təhsil sistemimizin ən mühüm vəzifələrindən biri milli-mənəvi dəyərlərimizi qorumaq və gələcək nəsillərə ötürməkdir. Bunun əsas yolu isə ədəbiyyatımızın tədrisdə daha geniş yer almasıdır. Birincisi, ali və orta təhsil proqramlarında klassik və müasir Azərbaycan yazıçılarının əsərlərinə daha çox diqqət ayrılmalıdır. Əgər biz Nizaminin, Füzulinin, Əli bəy Hüseynzadənin, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, eləcə də müasir dövrün yazarlarının əsərlərini gənclərimizə daha dərindən öyrədə bilsək, onların milli kimlik şüurunu gücləndirə, dünyagörüşlərini zənginləşdirə bilərik. Bu gün kosmopolit ruhlu bir gənclik yetişir. Azərbaycan dilinə və ədəbiyyatına yad, biganə şüurla formalaşırlar. Artıq Azərbaycan dilinin aqibəti, Azərbaycan ədəbiyyatına olan münasibət bizi narahat etməlidir. İkincisi, ədəbiyyatımızın yalnız dərsliklərdə məhdud şəkildə təqdim olunması kifayət deyil. Bu əsərlərə asan çıxışı təmin etmək üçün milli ədəbiyyat nümunələrinin elektron arxivi yaradılmalıdır. Belə bir rəqəmsal platforma tələbələrə, müəllimlərə və ümumilikdə ictimaiyyətə istənilən vaxt bu irsdən faydalanmaq imkanı verəcək. Üçüncüsü, milli ədəbiyyat nümunələrinin elektron bazası yalnız ölkə daxilində deyil, həm də beynəlxalq səviyyədə Azərbaycan ədəbiyyatının tanıdılmasına xidmət edəcək. Bu, həm təhsilimizin, həm də mədəniyyətimizin dünyada nüfuzunun artmasına gətirib çıxaracaqdır.

Hesab edirəm ki, təklif olunan bu istiqamət – yəni klassik və müasir yazıçılarımızın əsərlərinin tədris proqramlarında daha geniş şəkildə yer alması və milli ədəbiyyat nümunələrinin elektron arxivinin yaradılması – bizim gələcəkdə qanuna ediləcək dəyişikliklərin ruhuna tam uyğun gəlir və ölkəmizin milli-mənəvi inkişafına ciddi töhfə verəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://apa.az
archiveBu xəbər 11 Sentyabr 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see329

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see326

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see319

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see287

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see282

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see277

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see273

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see267

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see263

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see255

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see242

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see232

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see232

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see229

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see223

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see221

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see218

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see214

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see211

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri