Icma.az
close
up
RU
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi

Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Milli Məclisin deputatı Elnarə Akimova məktəb dərsliklərindəki ciddi məzmun qüsurlarına və texniki yararsızlıqlara görə Elm və Təhsil Nazirliyini və aidiyyəti qurumları tənqid edib, bu problemlərə adekvat reaksiya verilməməsini nəzarət boşluğu kimi qiymətləndirib.

Axar.az Trend-ə istinadla xəbər verir ki, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Elnarə Akimova parlamentin üç komitəsinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı danışıb.

Deputat bildirib ki, təhsilə ayrılan hər bir manat dövlətin gələcəyinə qoyulan sərmayədir. Onun sözlərinə görə, təhsil sahəsində uğur əldə olunması gələcək nəslin daha etibarlı şəkildə formalaşdırılmasına imkan verəcək. Bununla belə, uşaqlar üçün lazımi şəraitin və mühitin yaradılıb-yaradılmadığı barədə düşünmək lazımdır.

E.Akimova son illər mətbuatda və sosial şəbəkələrdə məktəb dərsliklərinin vəziyyətinin, onların məzmunundakı ciddi qüsurların və texniki yararsızlıqların müzakirə olunduğunu diqqətə çatdırıb.

O qeyd edib ki, özü də bir neçə dəfə bu müzakirələrdə iştirak edərək problemləri gündəmə gətirib və ictimaiyyətin narahatlığını haqlı hesab edir.

“Valideynlər, müəllimlər və mütəxəssislər həyəcan təbili çalırlar”, – deyə deputat vurğulayıb.

E.Akimovanın fikrincə, aidiyyəti qurumlar, xüsusilə Elm və Təhsil Nazirliyi bu haqlı tənqidlərə adekvat reaksiya verməli, sağlam izahat təqdim etməli və ya problemlərin həllinə yönəlmiş konkret mövqe ortaya qoymalıdır.

Deputat bildirib ki, bu məsələnin büdcə müzakirələri zamanı qaldırılması təsadüfi deyil. Çünki dərsliklərin hazırlanması, nəşri və təkmilləşdirilməsi üçün hər il dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır.

O vurğulayıb ki, Azərbaycanın milli-mənəvi dəyərlərini qoruyan, uşaqlara düzgün tarix, milli kimlik və ana dilini aşılayan dərsliklər gələcəyin strateji təhlükəsizliyidir.

Deputat qeyd edib ki, dərsliklərin hazırlanmasına milyonlarla manat vəsait ayrılmasına baxmayaraq, cəmiyyətdə haqlı narazılıq doğuran qüsurlu və səthi mətnlərin ortaya çıxması ciddi nəzarət boşluğunun mövcudluğundan xəbər verir.

“Deməli, haradasa ciddi bir nəzarət boşluğu var və bu vəsaitlər daha səmərəli, daha məqsədyönlü xərclənməlidir”, – deyə o bildirib.

Deputat dərsliklərin hazırlanmasına və nəşrinə ayrılan büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı Milli Məclisin müvafiq komitəsinə ətraflı və şəffaf hesabatların təqdim olunmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, iclasda digər sahələr üzrə təqdim olunan hesabatlar kimi, dərsliklərə ayrılan vəsaitlərin istifadəsi barədə də məlumatlar açıqlanmalıdır.

E.Akimova daha bir təklif olaraq dərsliklərin qiymətləndirilməsi üçün ekspertiza komissiyasının yaradılmasına ehtiyac olduğunu bildirib.

Onun sözlərinə görə, dərsliklərin qiymətləndirilməsi prosesində ictimaiyyətin, tanınmış alimlərin, mütəxəssislərin və ziyalıların real təsiri təmin edilməli, bununla da məzmunun keyfiyyətinə nəzarət gücləndirilməlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://axar.az
archiveBu xəbər 13 Noyabr 2026 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri