Deputat: Elm və təhsillə bağlı strategiya hədəfinə çatmayıb
Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.
"10 il qabaq qəbul edilmiş elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb".
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən ilk iclasında - qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı bildirib.
"Dövlət büdcəsində elm xərclərinin payı 0,5 %, təhsil xərclərinin payı isə 3,5 % təşkil edir. Strategiyada hədəf qoyulmuşdu ki, 2020-ci ilə qədər elmə ayrılan vəsait ÜDM-in 5-6 %-nə çatdırılsın, indi isə bu göstərici təxminən 2 dəfə aşağıdır. Eyni zamanda təhsil sahəsində çalışanların əməkhaqlarının ölkə üzrə orta maaşdan çox olması hədəflənirdi ki, hazırda bu göstərici də aşağıdır. Deməli, strategiyada qarşıya qoyulan hədəflər icra edilməyib", - deyə o qeyd edib.
Bundan başqa, deputat deyib ki, Azərbaycanın öz əhalisindən 2 dəfə çox insanı yedirmək və geyindirmək potensialı var: "İstehsalımızın hesabına həm daxili tələbat qarşılana, həm də bir neçə milyard dollarlıq kənd təsərüffatı məhsulları ixrac edilə bilər. İşğaldan azad edilmiş torpaqların hesabına bizim bu sahədə potensialımız azı 1/3 dəfə artıb".
Bu mövzuda digər xəbərlər:Jorj Kaşkilya: “Komanda hədəfinə çatmayıb”
25 Aprel 2026 19:56
“Aqrar sığortanın imkanları hələ tam istənilən səviyyəyə çatmayıb“ DEPUTAT DANIŞDI
19 Sentyabr 2025 17:55
ABŞ və İsrail atəşkəsdən sonra heç bir hədəfinə çatmayıb Politoloq
13 Aprel 2026 19:58
“Beşinci kolonlar məqsədinə çatmayıb, planlarını xaricdəki bloqer və əlaltılarla davam etdirir” DEPUTAT DANIŞDI
18 Mart 2026 15:44
Netanyahu: İsrail İranla bağlı hədəflərinə hələ çatmayıb
08 Aprel 2026 22:53
Baxış sayı:130
Bu xəbər 03 İyun 2025 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















