Deputat əmisi qızını işdən çıxarıb yerinə öz xanımını təyin etdi
Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Odlar Yurdu” Universitetində kadr dəyişikliyi olub.
Universitetin Magistratura və MBA şöbəsinin müdiri Samirə Vəliyeva tutduğu vəzifədən azad olunub.
Onun yerinə, dosent Nərminə Vəliyeva təyin olunub.Qeyd edək ki, Nərminə Vəliyeva Milli Məclisin deputatı, “Odlar Yurdu” Universitetinin Müşahidə Şurasının sədri Samir Vəliyevin həyat yoldaşıdır.İşdən azad olunan Samirə Vəliyeva isə deputatın əmisi qızıdır.
“Odlar Yurdu” Universitetinin rektoru sabiq millət vəkili, professor Əhməd Vəliyevdir. Son vaxtlar 78 yaşlı rektorun səhhətində problem yarandığı üçün universitetə nəzarət Müşahidə Şurasının sədri olan oğlu Samir Vəliyev tərəfindən həyata keçirilir./yenisabah

Deputat əmisi qızını işdən çıxarıb yerinə öz xanımını təyin ETDİ
25 Noyabr 2024 16:23
Deputat əmisi qızını işdən çıxarıb yerinə öz xanımını təyin etdi
25 Noyabr 2024 16:39
Deputat əmisi qızını işdən çıxarıb, yerinə öz xanımını təyin edib
25 Noyabr 2024 17:42
Deputat əmisi qızını işdən çıxarıb Yerinə öz xanımını təyin edib
25 Noyabr 2024 17:44
Deputat əmisi qızını işdən çıxarıb yerinə öz xanımını təyin etdi KONKRET
25 Noyabr 2024 14:06

