Icma.az
close
up
RU
Deputat: Ermənistan Qərbi azərbaycanlıların qayıdış hüququnu tanımalı və təmin etməlidir

Deputat: Ermənistan Qərbi azərbaycanlıların qayıdış hüququnu tanımalı və təmin etməlidir

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

"Qədim və əzəli Azərbaycan şəhəri Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün keçirilməsi mühüm hadisə kimi tarixə düşdü. 

Zirvə görüşünün Xankəndidə baş tutması dərin mənəvi və siyasi anlam daşıyırdı. Bu, zaman-zaman çətin sınaqlardan çıxmış, tarix boyu öz milli maraqlarına sadiq qalmış Azərbaycan xalqının iradəsinin, dövləti və lideri ətrafında bir yumruq kimi birləşərək qazandığı böyük zəfərin diplomatik təntənəsi idi".

"Cebheinfo.az" xəbər verir ki, bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev tədbirin açılış mərasiçində çox gözəl, məzmunlu və strateji baxımdan önəmli çıxış etdi:

“Dövlət başçımızın açılış nitqindəki fikirləri təkcə Azərbaycanın regional güc kimi artan rolunun deyil, həm də beynəlxalq hüquqa, tarixi ədalətə və milli maraqlara əsaslanan ardıcıl siyasətinin aydın ifadəsi idi. 

Hesab edirəm ki, bu çıxış təkcə tədbir iştirakçılarına deyil, bütün dünyaya ünvanlanmış siyasi və mənəvi mesajlar toplusu oldu. Hər bir cümlə, hər bir vurğu düşünülmüş, ölçülmüş və diplomatik cəhətdən dəqiq hesablanmış idi”.

Onun sözlərinə görə, Azərbaycan bu gün böyük regional gücə çevrilib:

“Ölkəmiz bu gün təkcə öz vətəndaşlarının yox, regionun təhlükəsizliyi və tərəqqisi üçün strateji layihələr həyata keçirir. COP29 kimi qlobal tədbirlərə ev sahibliyi etməsi, 12 ölkəyə təbii qaz ixrac etməsi və Zəngəzur dəhlizi kimi nəqliyyat təşəbbüsləri ölkəmizin dayanıqlı inkişaf və enerji təhlükəsizliyi üzrə qlobal aktor kimi qəbul edilməsinə şərait yaradır”.

Parlamentari qeyd edib ki, Prezident İlham Əliyev çıxışında 30 ilə yaxın davam edən işğalın nəticələrinə - etnik təmizləməyə, dini və tarixi abidələrin məhvinə, məscidlərin təhqirinə və 1 milyondan artıq mina ilə çirkləndirilmiş torpaqla bağlı məsələlərə də diqqət çəkib: 

“Ermənistanın bu əməlləri yalnız Azərbaycanın deyil, bütün bəşəri dəyərlərin və beynəlxalq hüququn pozulmasıdır. Bu gün Azərbaycan öz torpaqlarını azad etməklə yanaşı, ədalətin, insan hüquqlarının və beynəlxalq qanunların müdafiəçisi kimi çıxış edir”.

S.Salmanova onu da vurğulayıb ki, Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında Qərbi Azərbaycan məsələsinə də geniş yer ayırdı:

“Ölkə başçımızın çıxışında vurğulanan əsas məqamlardan biri də Qərbi Azərbaycanlıların tarixi torpaqlarına dinc yolla qayıtmaq hüququ oldu. Bu, yalnız milli maraqlar məsələsi deyil, həm də fundamental insan hüquqları baxımından beynəlxalq hüququn tələblərinə əsaslanan haqlı mövqedir. Qərbi Azərbaycanlılar əsrlərlə yaşadıqları dədə-baba torpaqlarından (indiki Ermənistan ərazisindən) mərhələli şəkildə deportasiya olunub, əmlakları talan edilib, məscid və qəbiristanlıqları dağıdılıb. 

Onların qayıdış hüququ, BMT-nin İnsan Hüquqları Bəyannaməsi, Vətəndaş və Siyasi Hüquqlar Haqqında Pakt və Avropa İnsan Hüquqları Konvensiyası kimi nüfuzlu beynəlxalq sənədlərlə qorunur. Artıq bu məsələ beynəlxalq platformalarda da ciddi şəkildə gündəmdədir. 

Belə ki, İslam Əməkdaşlıq Təşkilatının son iclasında qəbul olunmuş “İstanbul Bəyannaməsi” Qərbi azərbaycanlıların qayıdış hüququnu dəstəkləyən ilk rəsmi beynəlxalq sənədlərdən biri kimi tarixə düşdü. Bu sənəddə Ermənistan açıq şəkildə çağırılır ki, Qərbi azərbaycanlıların hüquqlarını tanısın və onların geri dönüşünü təmin etsin”.

Deputat söyləyib ki, Ermənistan beynəlxalq hüquqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir:

“İnsanların öz doğma torpaqlarına qayıtmaq hüququnun tanınmaması, yalnız humanitar dəyərlərə zidd deyil, həm də etnik təmizləmə ilə müşayiət olunan hüquq pozuntusudur. Ermənistan regionda sülh və əməkdaşlıq istəyirsə, ilk növbədə, Qərbi Azərbaycanlıların təhlükəsiz və hüquqi təminatlı şəkildə geri dönüşünə şərait yaratmalıdır. 

Azərbaycan isə bu qayıdışın yalnız hüquqi çərçivədə və dinc yolla baş verməsini dəstəkləyir. Dövlətin bu sahədə həyata keçirdiyi “Qayıdış Konsepsiyası” da məhz sülhə, dialoqa və beynəlxalq hüquqa əsaslanan bir yanaşmanı təcəssüm etdirir”.

"Cebheinfo.az" 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 İyul 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri