Icma.az
close
up
RU
Ermənistan mövcud reallığı qəbul etməli, qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli qayıdışını təmin etməlidir DEPUTAT

Ermənistan mövcud reallığı qəbul etməli, qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli qayıdışını təmin etməlidir DEPUTAT

Icma.az bildirir, Sonxeber.az saytına əsaslanaraq.

Ermənistan mövcud reallığı qəbul etməli, qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli qayıdışını təmin etməlidir" - DEPUTAT

"Qərbi Azərbaycan məsələsi ilə uydurma "Qərbi Ermənistan" anlayışı arasında müqayisə aparmaq cəhdi absurtdur. Qərbi Azərbaycan məsələsi insan hüquqları mövzusudur. Ermənilərin "Qərbi Ermənistan" dedikləri ərazi isə Türkiyənin suveren ərazisidir. Ermənistanın konstitusiyasında və digər sənədlərində yer alan bu anlayış Türkiyəyə qarşı ərazi iddiasını özündə ehtiva edir, bu qəbuledilməzdir".

Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı Vasif Qafarov bildirib.

Deputat qeyd edib ki, ermənilərin "Şərqi Ermənistan" dedikləri ərazi Qərbi Azərbaycan ərazisi də tarixi Azərbaycan torpağıdır və bütün tarix boyu burada azərbaycanlılar yaşayıb:

"Ermənilər bu ərazilərə XIX əsrdə köçürülüb. 1828-1931-ci illərdə İrandan 8249, Osmanlı dövlətindən isə 14044 erməni ailəsi, ümumilikdə 150 min nəfərdən çox erməni köçürülüb Qərbi Azərbaycan və Qarabağ ərazilərində yerləşdirilib. Sonrakı illərdə gerçəkləşən erməni köçləri hesabına bu ərazilərin etnik tərkibi süni şəkildə dəyişdirilib.
1917-ci il məlumatına görə İrəvan quberniyasında 373582 nəfər azərbaycanlı yaşayırdı. 1918-ci ildə İrəvan bölgəsində erməni dövləti yaradılan zaman Ermənistan hökuməti digər öhdəliklərlə yanaşı, İrəvanda və yeni yaradılan erməni dövlətinin digər ərazilərində qalan müsəlmanların sərbəst dini ibadət, mədəniyyət, siyasi və ana dilində təhsil almaq hüquqlarını təmin etməyi öz üzərinə götürdüyü halda, bu öhdəliklərin heç birini yerinə yetirmədi. Azərbaycanlılara qarşı soyqırım və etnik təmizləmə siyasəti həyata keçirdi".

Deputat vurğulayıb ki, Sovet hakimiyyəti dövründə Moskva hökuməti tərəfindən Azərbaycan ərazilərinin böyük bir qismi xalqın iradəsinə zidd olaraq onun əlindən alınaraq Ermənistana hədiyyə edilib və məhz bu torpaqlar hesabına Ermənistanın SSR-in ərazisi 9000 kvadrat kilometrdən 29743 kvadrat kilometrə çatdırılıb:

"Sovet Ermənistanı da azərbaycanlılara münasibətdə daşnak Ermənistanının siyasətini davam etdirib. 1948-1953-cü illərdə 150 min, 1988-1991-ci illərdə 300 min nəfər azərbaycanlı dədə-baba yurdu olan Qərbi Azərbaycandan (indiki Ermənistandan) deportasiya edilib. Bu gün Qərbi Azərbaycan məsələsi etnik təmizləməyə məruz qalmış azərbaycanlıların özlərinin bugünkü Ermənistanda qalan yurd yerlərinə, evlərinə, sülh şəraitində dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına xidmət edən insan hüquqları mövzusudur. Qərbi azərbaycanlıların öz yurd yerlərinə qayıdışı məsələsi beynəlxalq hüququn bütün norma və prinsiplərinə uyğundur. Hesab edirəm ki, Ermənistan hökuməti Qərbi Azərbaycan məsələsini qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə uğursuz əlaqələndirmək cəhdlərindən əl çəkməli, mövcud reallığı qəbul etməli və beynəlxalq hüququn norma və prinsiplərinə riayət edib Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli qayıdışını təmin etməlidir".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 24 Noyabr 2024 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri