Icma.az
close
up
RU
Deputat: Gənclərin fəaliyyəti nəticəsində biz böyük uğur qazandıq

Deputat: Gənclərin fəaliyyəti nəticəsində biz böyük uğur qazandıq

Azərbaycanda 2 Fevral – Gənclər Günü dövlət gənclər siyasətinin mühüm təzahürlərindən biri kimi xüsusi əhəmiyyət daşıyır. Bu əlamətdar günün təsis olunması Ulu Öndər Heydər Əliyevin gənclərə verdiyi yüksək dəyərin və onların cəmiyyətin inkişafında oynadığı rola göstərdiyi diqqətin bariz ifadəsidir. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildə fevralın 2-də ilk Gənclər Forumu keçirilib və həmin ildən etibarən bu gün rəsmi şəkildə Gənclər Günü kimi qeyd olunmağa başlanıb. Bu qərar Azərbaycanın gənclərə yönəlik strateji siyasətinin formalaşdırılmasında mühüm dönüş nöqtəsi olub. Gənclər Günü təkcə rəsmi bir bayram kimi deyil, eyni zamanda, gənclərin cəmiyyətdəki rolunu vurğulayan, onların potensialının reallaşdırılmasına dəstək olan mühüm bir hadisə kimi dəyərləndirilməlidir. AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Asif Əsgərov 2 Fevral - Gənclər Gününə həsr olunan Könüllü Təşkilatların Dayanıqlı İnkişaf Forumunda çıxışı zamanı səsləndirib.

seeBaxış sayı:88
embedMənbə:https://video.azertag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri