Icma.az
close
up
RU
“Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır” Deputat

“Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır” Deputat

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“30 illik işğal dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ordusu ilə bütün təmas xətti boyunca güclü müdafiə istehkamları yaradılmışdı. Hərbi mütəxəssislərin fikrincə, Füzuli rayonu istiqamətində xüsusilə möhkmləndirilmiş istehkamlar daha çox idi”. 

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, sözünə davam edərək bildirib ki, məhz Füzulinin azad olunması müharibənin gedişinə və ümumilikdə müqəddəratına həlledici təsir göstərə bilərdi və bu, belə də oldu. “Ermənistanın təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin gedişində şanlı ordumuzun qəhrəman döyüşçüləri istehkamları öz canları və qanları bahasına keçərək oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhərini işğaldan azad etdilər. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev öz çıxışlarında daim xüsusi olaraq vurğulayır ki, bu günə görə biz hamımız şəhidlərimizə borcluyuq. Hərbçilərimizin qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir. Məhz bu qəhrəmanlıq və fədakarlıq gələcək nəsillərin xoşbəxt həyatını təmin edən əsas amildir. Bu qəhrəmanlığın əbədiləşdirilməsi məqsədilə 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunublar”.
Millət vəkili Böyük Qayıdış Proqramının hazırda işğaldan azad edilmiş bütün ərazilərdə olduğu kimi, Füzuli rayonunda da uğurla icra olunduğunu diqqət mərkəzinə çəkib: “Bu gün Böyük Qayıdış Proqramının uğurlu icrasını artıq bütün dünya böyük diqqətlə və heyranlıqla izləyir. Dövlətimiz tərəfindən işğaldan azad olunmuş bütün ərazilərdə insanların rahat yaşamaları üçün hər cür şərait yaradılır. Xüsusi olaraq qeyd olunmalıdır ki, bu gün gənc füzulililərin də öz doğma torpaqlarına qayıtmaları son dərəcə qürurverici hadisədir. Həqiqətən də uşaq, yeniyetmə və gənclərin bu torpaqları heç zaman görmədikləri halda belə bir qərar vermələri bir çox önəmli məqamlardan xəbər verir. Bu, xalqımızın böyüklüyünü və doğma diyarına bağlılığını göstərir. Artıq bütün dünya görür ki, Azərbaycan xalqının öz doğma torpağına sevgisi əbədidir və sarsılmazdır. Bu gün bütün xalqımız 17 oktyabr-Füzuli Şəhəri Gününü böyük fərəh hissi ilə qeyd edir. Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi də bu sarsılmaz bağlılığın daha bir təzahürüdür”.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://unikal.az
archiveBu xəbər 17 Oktyabr 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri