Icma.az
close
up
RU
Deputat: Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi layihələr qarşılıqlı hörmətin mədəni diplomatiya dilidir

Deputat: Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi layihələr qarşılıqlı hörmətin mədəni diplomatiya dilidir

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 20 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca rəsmi səfəri çərçivəsində keçirilən yüksəksəviyyəli görüşlər və müzakirələr tərəflər arasında etimadın institusional səviyyəyə yüksəldiyini göstərir. Tarixi, milli-mənəvi dəyərlərimiz olan və dövlət siyasətinin ayrılmaz hissəsi kimi sülh, tolerantlıq və multikulturalizm Azərbaycanda daim təbliğ olunur. Birinci Vitse-prezident Mehriban Əliyevanın səfəri bu siyasətin beynəlxalq səviyyədə növbəti təqdimatı idi. Katolik dünyasının mərkəzində Müqəddəs Taxt-Tacla əməkdaşlıq formatında tolerantlığın praktiki təzahürü nümayiş etdirildi.

Bu fikirləri AZƏRTAC-a açqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva söyləyib.

O qeyd edib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın multikulturalizmin və dini harmoniyanı həm dövlət siyasəti, həm də cəmiyyətin yaşam tərzi kimi vurğulaması ölkədaxili dini konfiqurasiyada balanslı, inklüziv münasibətin praktiki ifadəsidir. Heydər Əliyev Fondunun prezidenti bu səfərin son 14 ildə Vatikana altıncı səfəri olduğunu diqqətə çatdırdı. Səfərin gündəliyi Heydər Əliyev Fondunun illərdir sistemli şəkildə dəstəklədiyi bərpa layihələrinin məntiqi davamı kimi, Azərbaycanın mədəniyyətlərarası körpü və dinlərarası dialoqun fəal tərəfdarı imicini möhkəmləndirdi. “Fondun dəstəyi ilə Kommodilla katakombalarının bərpası, Müqəddəs Pavel və Müqəddəs Pyotr bazilikalarında həyata keçirilən işlər, eləcə də ali kilsə rəhbərləri ilə görüşlər dövlətlərarası mədəni və humanitar münasibətlərin inkişafına xidmət edir”, - deyə deputat vurğulayıb.

Heydər Əliyev Fondunun Vatikanla layihələrinin qarşılıqlı hörmətin mədəni diplomatiya dili olduğunu deyən P.Vəliyeva bildirib ki, Birinci vitse-prezidentin səfəri çərçivəsində Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışı da mühüm siyasi və rəmzi hadisədir. “Müqəddəs Taxt-Tac dünyada bir milyarddan çox katolikin mənəvi mərkəzi kimi beynəlxalq ictimai rəyin formalaşmasında əhəmiyyətli təsirə malikdir. Bu baxımdan Azərbaycan səfirliyinin fəaliyyətinin gücləndirilməsi ölkəmizin həqiqətlərinin, sülh təşəbbüslərinin və multikultural dəyərlərinin dünyaya çatdırılması baxımından strateji önəm daşıyır. Birinci vitse-prezident Mehriban Əliyevanın bu səfəri Azərbaycanın beynəlxalq aləmdə sülh, mədəniyyət və mənəvi dəyərlərin qorunmasına yönəlmiş siyasətinin ardıcıl və düşünülmüş şəkildə həyata keçirildiyini nümayiş etdirdi. Azərbaycan artıq yalnız enerji və nəqliyyat layihələri ilə deyil, həm də mədəni və mənəvi kapitalı ilə qlobal miqyasda fərqlənir. Mədəni irsin qorunması, dini məkanların bərpası, elmi-tədqiqat tərəfdaşlığı bir-birini tamamlayır. Bu sinerji Azərbaycanın mədəni, humanitar, elmi sahədə dayanıqlı nüfuz yaratdığını göstərir”, - deyə deputat əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Oktyabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri