Icma.az
close
up
RU
Deputat kartofun kiloqramının 7 manata olmasından danışdı: “Süni qiymət artımı deyil”

Deputat kartofun kiloqramının 7 manata olmasından danışdı: “Süni qiymət artımı deyil”

Pravda.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Hər il bu vaxt yerli kartof satışa çıxır və baha olur. Düzdür, yerli kartof idxal olunandan nisbətən bahadır. Çünki kartofun qiyməti hardan gətirilməsinə görə dəyişir. Hazırda ölkəmizdə hava şəraitindən asılı olaraq məhsul çox və ya az yetişir. Yazda Rusiya və digər ölkələrə kartof ixrac edirik. Payız fəslində isə bir hissəsini Rusiyadan, İrandan və Belarusdan idxal edirik. Ümumilikdə Azərbaycanın kartof təminatı yaxşıdır".

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov deyib.

Deputat bildirib ki, son illər mütəmadi olaraq əkin sahələrinin, həm də istehsalın aşağı düşməsi idxalı artırır: "Bu il bölgələrdə yaz vaxtı yağış və dolu yağmasını müşahidə etdik. Bu da yerli kartofun azalmasına səbəb olmaqla yanaşı, qiymətinin də bahalaşmasın şərait yaradır. Əhali daha çox yerli kartof istehlak etdiyindən tələb yüksək olur. Həm də yerli məhsullar daha keyfiyyətlidir. Buna görə də yerli məhsul idxaldan baha olur. Hazırda bazarlarda satılan kartof həm yeni, həm də keyfiyyətlidir. Buna görə də yerli bazarlarda baha təklif olunur. İxrac olunan məhsul həm xarici bazarlarda, həm də yerli bazarlarda baha satılır, lakin 1 müddət sonra yerli bazarda, həm də xarici bazarda yeni kartof ucuzlaşacaq. Mən buna süni qiymət artımı deməzdim. Əgər məhsul kəndlidən alınıb, şəhərə bazarlara və ya marketlərə gətirilirsə, təbii ki, alış qiyməti satış qiymətindən fərqlənəcək. Həmçinin də xüsusilə xarici bazarlarda tələbatı yüksək olan məhsullar daxili bazara həm baha, həm də az miqdarda çıxarılır. Artıq qiymət artımı bütün sahələrdə müşahidə olunur. Bu da kartofun qiymətinə təsirsiz ötüşməyəcəkdi. Süni qiymət artımı o halda deyilər ki, kəndlidən alınan məshul bazarlarda mayasından 2 qat baha satılsın. Bu gün kartof yetişdirilməsinə çəkilən xərc əvvəlki illərlə müqayisədə artıb, istər yanacağa, istər məhsulun daşınmasına, istərsə də onun saxlanmasına yönəldilən xərclər müəyyən qaydada artıb. Əslində həm gəlir gətirməyə görə, həm də daimi istifadəyə görə kartof istehsalının ildən-ilə artırılması çox vacibdir".

Qeyd: Bakıda bazarlarda yeni xırda kartofun kiloqramı 6-7 manata təklif edilir.

Aytəkin Qardaşova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://pravda.az
archiveBu xəbər 25 Mart 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəzzada 60 gün...

03 İyul 2025 08:15see124

Qadınlar hansı kişiləri daha çox sevirlər: dolğun, yoxsa arıq və əzələli olanları?

04 İyul 2025 00:45see122

İki qəsəbədə qaz təchizatı dayandırılacaq

03 İyul 2025 09:12see120

Ersin Tatar: Türk dünyası sülh və müstəqilliyi birgə qorumalıdır

02 İyul 2025 23:22see120

"Qurdlar vadisi"nin məşhur aktyoru vəfat etdi

03 İyul 2025 01:43see119

Makron digər Aİ liderlərini qabaqlamağa tələsir

03 İyul 2025 07:52see119

A Seriyasının debütantı yeni baş məşqçi ilə anlaşdı

02 İyul 2025 21:50see119

ABŞ 100 ə yaxın ölkəyə 10% rüsum tətbiq edəcək

04 İyul 2025 01:23see119

2000 ci illərin mikro şortları yenidən modaya dönəcək...

03 İyul 2025 01:09see118

Abşeron rayonunda güclü yanğın Onlarla hektar ərazi alov içindədir (VİDEO) KONKRET

02 İyul 2025 23:48see118

Mərkəzi Elmi Kitabxana 2025 ci ilin altı ayı üzrə hesabat verib

02 İyul 2025 18:28see118

Pezeşkian: Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir

04 İyul 2025 01:48see118

Merkel Trampın əl sıxmaqdan imtina etməsi ilə bağlı qalmaqalın təfərrüatını açıqladı

04 İyul 2025 04:35see117

Bu yola yeni kamera quraşdırılıb: Belə edənləri çəkir VİDEO

03 İyul 2025 20:35see117

İzmir meriyasının keçmiş müxalifət işçiləri korrupsiya ittihamı ilə saxlanılıb

03 İyul 2025 07:40see116

Qalatasaray İnter in qapıçısıçı istəyir

03 İyul 2025 00:32see116

Meladzenin Yurmala konsertində qalmaqal olub

03 İyul 2025 08:23see116

31 il ötdü...

03 İyul 2025 07:57see115

Kiyev bombalanır: Yaşayış binalarında yanğınlar, dağıntılar

04 İyul 2025 03:23see115

Almaniya Talibanla razılığa gəlmək niyyətindədir

03 İyul 2025 11:51see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri