Icma.az
close
up
RU
Toğrul Hüseynov: “Xüsusi icra məmurları haqqında” qanun icra sisteminə çox mühüm dəstək verəcək

Toğrul Hüseynov: “Xüsusi icra məmurları haqqında” qanun icra sisteminə çox mühüm dəstək verəcək

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Xüsusi icra məmurları haqqında” qanun layihəsinin məqsədi mövcud olan dövlət icra sisteminə dəstək vermək, xarici təcrübədə özünü doğrultmuş xüsusi icra fəaliyyətinin ölkəmizdə də tətbiqini təmin etməkdir.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında ədliyyə nazirinin müavini Toğrul Hüseynov “Xüsusi icra məmurları haqqında” qanun layihəsinin müzakirəsində deyib.

Onun sözlərinə görə, bütövlükdə bu institut icra sisteminə çox mühüm dəstək verəcək: “Yeni qanun layihəsi ilə xüsusi icra məmurlarına məcburi icra orqanı statusu verilir. Onlar bu qanun layihəsində nəzərdə tutulan məhkəmə və digər orqanların qərarlarının icrası üçün tam səlahiyyətləndiriləcəklər. Bu baxımdan onların statusu dövlət icra məmurlarının statusuna bərabərdir, dövlət icra məmurları üçün nəzərdə tutulan bütün icra mexanizmləri eyni zamanda xüsusi icra məmurları üçün də nəzərdə tutulur.

Bu səlahiyyətlər təkcə borcluların əmlak gəlirləri ilə bağlı tədbirlər görmək hüququ ilə məhdudlaşmayacaq. Həmçinin onlara qərarın icrasından yayınan, icra məmurunun tələblərini yerinə yetirməyən şəxslər barəsində inzibati məsuliyyətlə bağlı tədbirlər görmək, məhkəmə qərarlarının icrasına qərəzli münasibət göstərən şəxslərin cinayət məsuliyyətinə cəlbi üçün məsələ qaldırmaq kimi səlahiyyətlərin verilməsi də nəzərdə tutur".

Nazir müavini deyib ki, dövlət icra məmurlarında olduğu kimi, müzakirə edilən qanun layihəsi də qərarların icrası ilə bağlı xüsusi icra məmurunun tələblərinin bütün fiziki və hüquqi şəxslər, müəssisə, idarə və təşkilatlar üçün məcburi olduğunu müəyyən edir, bütün aidiyyəti şəxslərdən qərarların icrasına hörmətlə yanaşmağı tələb edir:

“Eyni zamanda xüsusi icra məmurlarının peşə bacarıqlarının formalaşdırılması və inkişafı daim diqqət mərkəzində saxlanılacaq, onların fəaliyyətinin təşkili, həyata keçirilməsi ciddi şəkildə nəzarət mexanizmlərindən keçiriləcək və davamlı monitorinq olunacaqlar”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://apa.az
archiveBu xəbər 04 İyul 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see140

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see138

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see137

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see136

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see133

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see132

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri