Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

Güney Azərbaycan İcmasının sədri: İrandakı aksiyaların zəiflədilməsi problemi həll etməyəcək

Elmar Allahverdiyevə yeni vəzifə verildi

Soydaşlarımızın ölkə xaricində hüquqlarının müdafiəsi: Bu, beynəlxalq səviyyədə də tanınır

Soydaşlarımızın ölkə xaricində hüquqlarının müdafiəsi: Bu, beynəlxalq səviyyədə də tanınır

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

(Yazı "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusu üzrə hazırlanıb)

Vətəndaşlarının hüquq və azadlıqlarının qorunmasını həm dövlətin, həm də cəmiyyətin öhdəliyi olub, bütün insanların hüquq və azadlıqlarının təmin edilməsini nəzərdə tutur. 

İnsan hüquqları və azadlıqları, insanların harda olmasından asılı olmayaraq, yaşamaq, azad olmaq, ədalətli mühakimə olunmaq, ifadə azadlığı, təhsil almaq, sağlamlıq hüququ və s. kimi bir çox sahəni əhatə edir. 

Vətəndaşların hüquq və azadlıqları nəinki təkcə ölkə daxilində, habelə xaricdə də qorunmalıdır. Azərbaycan dövləti hüquq və azadlıqların qorunması istiqamətində bir sıra mühüm addımlar atıb, qanunlar qəbul edib. Dövlətimiz eyni zamanda, xaricdə yaşayan öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunmasına da çalışır. 

Son zamanlar qonşu Rusiya, təəssüf ki, orada yaşayan soydaşlarımızın adi hüquq və azadlıqlarının tapdalanmasına, pozulmasına yönəlik addımlar atır.

Yekaterinburq, Voronej, Sankt-Peterburq və Rusiyanın digər şəhərlərində azərbaycanlılara qarşı vəhşiliklər bunun bariz nümunəsidir. Belə ki, qanunun və vətəndaşın hüquq və azadlıqlarının müdafiəsi keşiyində durmalı olan Rusiyanın hüquq-mühafizə orqanları azərbaycanlılara qarşı törətdikləri son əməllərilə əslində bunun əksinə hərəkət etdiklərini nümayiş etdirdilər. 

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən Demokratiyanı Öyrənmə İctimai Birliyinin rəhbəri Mirəli Hüseynov bildirir ki, soydaşlarımıza qarşı Rusiyada baş verən kobud davranışlar birmənalı şəkildə hüquq pozuntusudur:

"Bu, yol verilməzdir, qınanılmalıdır. Rusiya Federasiyası öz üzərinə müəyyən beynəlxalq hüquqi öhdəliklər götürmüş bir dövlətdir. Bu hüquq formaları da universal məzmuna malik olduğundan bütün dövlətlər həmin normalara riayət etməli, ərazisində yaşayan statusundan, vətəndaşı olub-olmamasından asılı olmayaraq, hər bir şəxsin hüquq və azadlığına hörmətlə yanaşmalıdır. Rusiyada çoxsaylı soydaşımız yaşayır. Onlar da bu ölkənin vətəndaşı olub-olmamalarından asılı olmayaraq, universal səviyyədə tanınmış hüquq və azadlıqlara malikdir. Rusiya dövləti də bütün hallarda onların hüquqlarını pozmalı deyil".


Həmsöhbətimizin fikrincə, indiki vəziyyətdən çıxış etsək, Rusiyadakı vətəndaşlarımızın ilk növbədə şəxsi toxunulmazlıq hüququ pozulub:

"Həmçinin, onların ədalətli mühakimə olunmaq hüququ da var. Hətta soydaşlarımızdan kimlərsə çinayət törətmiş olsalar da, ancaq bu ona qarşı istənilən qeyri-insani davranışın sərgilənməsi anlamına gəlməməlidir. Təəssüf ki, Rusiyadakı son hadisələrdə bunun əksini müşahidə etdik. Cinayət törətmiş şəxsin özünün belə müəyyən tanınmış hüquqları var. Ona qarşı davranış da məhz bu hüquqi normalar çərçivəsində tənzimlənməlidir".

Ekspert qeyd edir ki, Rusiya dövlətinin bəzi hallarda öz vətəndaşlarına qarşı edilən hərəkətlərə görə kiminsə ona kənardan müdaxilə etmək hüququnun olmadığını bəyan etməsi tamamilə yanlış yanaşmadır: 

"Onların vətəndaşı olsa da, ancaq o da nəzərə alınmalıdır ki, Rusiyada yaşayanlar soydaşlarımızdır".

Mirəli Hüseynov bildirir ki, Azərbaycan dövləti də ona aid olan bütün soydaşların hüquqlarını qorumaq sahəsində müəyyən bir hüquqa sahibdir:

"Dövlətimiz soydaşlarımızın ölkə daxili və xaricdə hüquqlarının müdafiəsi qismində çıxış etmək hüququna malikdir. Belə bir hüquq beynəlxalq səviyyədə tanınıb. Məsələ ilə bağlı zərurət yaranarsa, Azərbaycan dövləti hətta böyük müstəvidə beynəlxalq təşkilatlara da müraciət edə bilər".

Rüfət Sultan

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 04 İyul 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see404

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see184

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see158

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see155

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see153

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see148

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see147

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see146

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see144

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see140

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see137

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see136

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see135

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see133

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

05 Yanvar 2026 15:29see130

Güney Azərbaycan İcmasının sədri: İrandakı aksiyaların zəiflədilməsi problemi həll etməyəcək

05 Yanvar 2026 17:24see126

Elmar Allahverdiyevə yeni vəzifə verildi

05 Yanvar 2026 17:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri