Deputat: Kimlərsə mənim adımdan provokativ məlumatlar yayır Məlahət İbrahimqızı pensiya xəbəri ni təkzib etdi
Icma.az, Mia.az portalına istinadən məlumat verir.
"Son vaxtlar bəzi sosial media platformalarında, xüsusilə də TikTok-da trol fəaliyyəti göstərən kimlərsə mənim adımdan əsassız və yalan dolu provokativ məlumatlar yayırlar".
Mia.az xəbər verir ki, bunu deputat Məlahət İbrahimqızı SOSİAL MEDİA HESABINDA YAZIB.
Onun sözlərinə görə, növbəti belə şər və yalan məlumat isə bugünlərdə TİK-Tokda yayılıb:
"Bu xəbərə görə guya mən Azərbaycandan getmiş ermənilərə 30 il pensiya verilməsini təklif etmişəm. Bu, tamamilə böhtan və absurd iddiadır. Mən, Məlahat İbrahim qızı, əslən Qərbi Azərbaycanlıyam. Ailəmin 1987–1991-ci illərdə erməni vandalları tərəfindən mülk və evləri qəsb edilmiş və Qərbi Azərbaycandan qovulmuş yüzminlərlə soydaşlarımızdan biriyəm. Belə bir acı tarixi yaşamış bir insanın bu cür fikir söyləməsi mümkün deyil.
Bu yalanları yayan şəxslərə bir daha xatırlatmaq istəyirəm: provokativ, böhtan xarakterli və troll yazılarından əl çəksinlər. Azərbaycan ictimaiyyəti, eləcə də mənim seçicilərim uzun illərdir mənim mövqeyimi tanıyır və bu cür yalanlara və saxta məlumatlara heç vaxt inanmayacaq".
Samir
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 22 Avqust 2025 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















