Deputat: Məktəblərin yaxınlığında köşklər qoyulub, dənə dənə siqaretlər satılır
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
“Tütün məhsullarının məhdudlaşması, onun reklamının qadağan olunması haqqında bizim qanunlarımız var və təəssüf olsun ki, bu qanunlarımız kifayət qədər hüquqi cəhətdən əsaslandırılmış və mükəmməl olsa da, onun işləməsi haqqında o sözləri deyə bilmirik”.
APA xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan "Tütün və tütün məmulatı haqqında Qanun"a təklif olunan dəyişikliyin müzakirəsi zamanı komitə sədri Musa Quliyev bildirib.
"Xüsusən tütün məhsullarının istifadəsinin məhdudlaşdırılması haqqında qanunumuz demək olar ki, işləmir. Çox təəssüf olsun ki, qanunun işləməsinə nəzarət edən qurumlar da bu nəzarəti kifayət qədər aparmırlar. Hətta məktəblərin lap yaxınlığında da siqaret köşkləri qoyulub, hətta dənə-dənə siqaretlər satılır. Bütün bunlar hamısı qanunun çox ciddi şəkildə pozulmasıdır. Mən çox arzu edərdim ki, qanuna nəzarət edən orqanlar bu sahədə öz fəaliyyətlərini artırsınlar”, - Musa Quliyev bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 16 Dekabr 2025 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















