Deputat Müşfiq Cəfərov: Metro stansiyalarına tanınmış şəxsiyyətlərin adlarının verilməsi daha yaxşı olar
Icma.az bildirir, Bizimyol portalına istinadən.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb. Deputat qeyd edib ki, bəzi stansiyaların adlarının yenilənməsi və müasir dövrün tələblərinə uyğunlaşdırılması aktuallığını qoruyur.
Müşfiq Cəfərov
“Azərbaycanda 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə əlaqədar bir sıra coğrafi obyektlərə və infrastruktur vahidlərinə yeni adlar veriləcək. Təsdiq edilən "Tədbirlər Planı"na əsasən, metro stansiyalara da yeni adların verilməsi planlaşdırılır. Bakıda fəliyyət göstərən hansı metro stansiyaların adları dəyişdirilə və ya inşa olunan yeni stansiyalara hansı adlar veriləcəyi məlum deyil”-deyə deputat bildirib.
Müşfiq Cəfərov hesab edir ki, ümumiyyətlə stansiyalara tanınmış şəxsiyyətlərin adlarının verilməsi daha yaxşı olardı: “Fərqi yoxdur, bu qəhrəman və ya tarixi şəxsiyyət olsun. Əgər stansiyaların adını dəyişmək qərarına gəlinibsə, yəqin ki, görünür, hansısa fikirlər var”.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 17 Noyabr 2025 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















