Icma.az
close
up
RU
Deputat nazirdən bu xahişi etdi: “Əməkdaşlarınız soyuducuların, qazanların içinə…”

Deputat nazirdən bu xahişi etdi: “Əməkdaşlarınız soyuducuların, qazanların içinə…”

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

“Sahil müəllim, siz sadəcə elə bir vəzifədə işləyirsiniz ki, orada kim olsa tənqid və qərəz obyektinə çevriləcək. Belə bir vəzifə yükünü daşımaq da asan deyil və buna anlayıram”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev parlamentin bugünü plenar iclasında deyib.

O bildirib ki, bu gün hər kəsə məlumdur ki, ünvanlı dövlət sosial yardımı almaq üçün şərtlər çox ağırdır:

“Bu il müəyyən yüngülləşmə aparılıb, amma yenə də ciddi çətinliklər qalmaqdadır. Doğurdan da ehtiyacı olanlar bunu ala bilmir, özüm dəfələrlə bunun şahidi olmuşam. Səbəb isə şərtlərin ağır olması və bəzən isə ehtiyacı olan tərəfindən həmin şərtlərin yerinə yetirilməsinin obyektiv və subyektiv səbəblərdən heç cür mümkün olmamasıdır”.

Deputat qeyd edib ki, nazirlik hazırda pilot layihə həyata keçirir və məsələnin ədalətli həlli üçün çalışır:

“Tam məlumatlı deyiləm, amma belə çıxır ki, nazirlik bütün ailələri bir-bir ziyarət edib ümumi mənzərəni ortaya çıxarmaq və məlumatlara malik olmaq istəyir ki, ünvanlı sosial yardımı da avtomatlaşdırsın. 

Açığı bu mənə o qədər də inandırıcı gəlmir. Hörmətli Sahil müəllim bu barədə məlumat versə yaxşı olar.

Digər həll yolları varm, var. Hər bir rayon, kənd və qəsəbədə icra hakimiyyəti və nümayəndəsi var. Onlar kimin ehtiyac içində olduğunu, gəlirlərini, evini, kənardan daxil olan vəsaiti, yəni bütün məlumatlara sahibdirlər. Onların arayışı bəs etməzmi? Əgər onlar yalan məlumat verərlərsə, bu icra hakimiyyəti və işçisi üzərində ciddi məsuliyyət yaratsın. Bunun üçün qanunvericiliyə lazımsa dəyişiklik edək. 

Digər tərəfdən, indi elə zamandır ki, yanlış adam ünvanlı sosial yardım alarsa, elə öz ətrafı, qohum-əqrəbası və qonşuları, tanıyanlar birinci sosial şəbəkələrə çıxıb hay-küy yaradacaqlar. 

Nazirliyin imkanları var ki, 2-3 günlük missiyalar göndərib qəfil yoxlamalar həyata keçirsin. Nazirlik kiməsə, sonunda inanmalıdır. 

Nazirliyin tərkibində İctimai Şura var. Qoy onlar ayda bir neçə dəfə məsələ həllini tapana qədər səfərlər edib məlumatlar hazırlasınlar”.

R.Nurullayev vurğulayıb ki, bu cür yanaşma həm də ünvanlı sosial yardımın doğurdan da ehtiyacı olanlara verilməsi üçün imkan yaradacaq:

“Hansı problemlər var və siz onları aidiyyatı dövlət qurumlarına təqdim edə bilərsiniz ki, məhz bu səbəblər işimizi vicdanla yerinə yetirməyimizə hüquqi və digər əngəlləri törədir. 

Daha bir təklif isə nazirliyin özünün hüquqi yardım göstərməsidir. Məqsəd kömək etmək deyilmi? Qanunlarımız o qədər, qaydalarımız o qədər, istisnalar, o qədər. Baş çıxarmaq sadə vətəndaşın imkanları xaricindədir.

Yaxşı olar ki, Vəkillər Kollegiyası ilə müqavilə bağlansın və onlar hər bir rayonda bu köməkliyi göstərsinlər. Hörmətli Samir müəllimdən, hökumətdən də xahiş etmişəm ki, pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı dövlət proqramı qəbul edilsin. Bu qarşımızda dayanan ən vacib məsələlərdən birincilər sırasındadır.

Hörmətli Sahil müəllim, bir xahiş də edim ki, ünvanlı sosial yardım yoxlaması aparılan zaman açıb soyuducuları yoxlamasınlar, qazanların içinə baxmasınlar, məsələyə bir az insan ləyaqətinə hörmət rakursundan yanaşsınlar. Ailələrə hər kəs kömək edir, biri bazarlıq edir, biri ət gətirə bilər, biri bir kisə kartof və s. Bilirəm ki, bu sizin göstərişiniz deyil, heç qanun da bunu demir, amma bu tip məsələlər insan ləyaqətini alçaldır.

Son məqsəd nədir? Ehtiyacı olana ünvanlı sosial yardımın verilməsi. Mən fikirlərimi hörmətli Sahib müəllimlə, aidiyyatı komitə və əlaqədar şəxslərlə bölüşməyə hazıram”.

R.Nurullayevin çıxışının davamında bir sıra təkliflər də səsləndirib:

“Bu gün də əlillik tələbi ilə müraciət edən onlarla qazimiz var. Onlarla danışmaq, nəyisə izah etmək demək olar ki, mümkün deyil. Çünki onların canı ağrıdığına görə, psixoloji travma və ehtiyac ucbatından əlillik haqqının olduğuna inanırlar. 

Ən azı 4-5 dəfə elə bu tribunadan təklif verdim ki, yaralanmış, psixoloji travma almış və hələ də müalicəsi gedən müharibə iştirakçılarına 2-3 illik aylıq müavinət təyin olunsun. Bu gün də buna ehtiyac duyuram. 

Çünki onların müalicəsi dövlət tərəfindən aparılsa da, amma yaşayış, ailə, dərmanların alınması, nəqliyyat və digər xərcləri var. O, xərcləri aldıqları 80 manatla ödəmək mümkün deyil axı. Onun üçün də 80 manatın iki dəfə artırılması ilə bağlı ehtiyac və tələb var. Bununla bağlı verdiyimiz suallara hökumət üzvləri komitə müzakirələrində də cavab vermədilər.

Digər təklifim qazilərin işsizliyi ilə bağlıdır. Demək olar ki, böyük əksəriyyətin ali təhsili yoxdur və bu onların yaxşı işə düzəlməsinə imkan vermir. Bu təklifi iki dəfə səsləndirmişəm və yenə də təklif edirəm.

Nazirliklə ali təhsil müəssisələri arasında razılaşma əldə olunsun və onların nəzdində bir-iki illik təhsil proqramları yaradılsın. Hökumət buradan irəli gələn məsələləri həll edə bilər.

Bu sosial narazılıqların aradan qaldırılmasında əsaslı rol oynayardı. Bu məsələyə də fikrinizi öyrənmək istərdim”. 

Deputat qeyd edib ki, özünəməşğulluq xidmətinin daha sərfəli və məntiqli olması üçün onun biznes şirkətləri ilə birlikdə olmasının təklif edir:

“Nazirlik biznes qurumu deyil və istərdim ki, özünəməşğulluq xidməti dayanıqlığın təmin edilməsi naminə vəsaiti iş adamlarına ayırsın”.

Vilayət Muxtar
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Noyabr 2024 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Santuş ev tapşırığını düzgün yerinə yetirmədi”

06 Sentyabr 2025 01:18see144

Moskvadakı Tretyakov qalereyasında yanğın başlayıb

06 Sentyabr 2025 00:02see142

Hər gün sıxlıq olan o küçədə dəyişikliklər ediləcək

05 Sentyabr 2025 20:41see135

Emin Mahmudov: Belə biabırçılıq bir daha təkrarlanmamalıdır

06 Sentyabr 2025 01:50see131

Rusiyada əsir olan Ukrayna hərbçilərinin sayı açıqlandı Moskvanın cinayətləri barədə hesabat hazırlanacaq

05 Sentyabr 2025 22:25see130

Kreml qiyamdan qorxur...

05 Sentyabr 2025 20:45see129

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see128

Bu şəraitdə Bakı balanslaşdırılan siyasət yürütməyə məcbur olacaq, əks halda… SENSASİON MƏQAMLAR KONKRET

05 Sentyabr 2025 19:01see127

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see126

Futbolumuzun utanc gecəsi... Video

06 Sentyabr 2025 03:17see125

Bu ölkədə dərsə maşınla gələnlər universitetdən xaric edilir

06 Sentyabr 2025 00:05see125

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see124

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

06 Sentyabr 2025 15:33see124

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see121

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see120

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see120

Ən çox ağlayan körpələr bu aylarda doğulur

06 Sentyabr 2025 23:36see117

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see116

Deputat: Azərbaycan Çin strateji əməkdaşlığı qlobal sabitliyə, inkişafa xidmət edir

06 Sentyabr 2025 20:48see114

Avstriya Kipr oyununda sirli qara dəlik olayı

07 Sentyabr 2025 01:43see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri