Deputat Ordubadda şəhid ailələrini və Culfada 100 yaşlı sakini evlərində ziyarət edib FOTOLAR
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubad rayonunun Behrud kəndindən olan şəhidlər Rzayev Cəmil Novruz oğlunun və Şəfiyev Səbuhi Fərman oğlunun ailələrini evlərində ziyarət edib.
Görüşlərdə Vüqar Rəhimzadə bildirib ki, torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan igidlərimizin hər biri qəhrəmanlıq, vətənpərvərlik və hünər simvoludur. Dövlətimiz və xalqımız şəhidlik zirvəsinə ucalan Vətən övladlarının qəhrəmanlığını hər zaman yüksək qiymətləndirir, onların xatirəsini daim əziz tutur.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Millət vəkili, həmçinin Culfa rayonunun Xanəgah kəndinin ən yaşlı sakini 100 yaşlı Qasımov Vəli Qulu oğlunu da evində ziyarət edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 29 May 2025 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















