Icma.az
close
up
RU
Deputat: Ordumuz həm də vətənə sədaqətlə qələbə qazanır

Deputat: Ordumuz həm də vətənə sədaqətlə qələbə qazanır

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Silahlı Qüvvələri bu gün həm texniki imkanları, həm peşəkar heyəti, həm də mənəvi-ideoloji hazırlığı ilə regionun ən güclü ordularından biridir.

Ordumuzun bu möhtəşəm inkişaf yolunun təməlində isə Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyi dayanır.

"Cebheinfo.az" xəbər verir ki, bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.

Deputat qeyd edib ki, Azərbaycanın ordu quruculuğu tarixi Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti ilə bilavasitə bağlıdır:

“Hələ sovet dövründə – 1970-ci illərdə Heydər Əliyev milli zabit kadrlarının hazırlanmasına xüsusi diqqət ayıraraq Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasına nail oldu. Bu addım təkcə hərbi təhsilin deyil, gələcəkdə müstəqil ordunun formalaşması baxımından da strateji əhəmiyyət daşıyırdı. 1993-cü ildə ölkədə yaranmış siyasi böhran və hərbi dağınıqlıq şəraitində Ulu Öndərin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycan Ordusunun dirçəlişində dönüş nöqtəsi oldu.

Onun rəhbərliyi ilə ordu quruculuğu sistemli şəkildə yenidən təşkil olundu, nizami, peşəkar və dövlətə sadiq ordu modeli formalaşdı. 1998-ci ildə isə məhz Heydər Əliyevin təşəbbüsü ilə 26 iyun – Silahlı Qüvvələr Günü rəsmi dövlət bayramı kimi təsis edildi. Bu qərar orduya və qəhrəman hərbçilərimizə verilən yüksək dəyərin ifadəsi idi”.

S.Salmanova vurğulayıb ki, Azərbaycan Ordusunun XXI əsrdə regionun aparıcı hərbi gücünə çevrilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və düşünülmüş siyasətin nəticəsidir:

“Həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində ordumuz texniki baxımdan müasirləşdirilmiş, peşəkar zabit və əsgər heyəti formalaşdırılmış, milli hərbi sənaye qurulmuşdur. Prezident İlham Əliyevin əsas məqsədi müstəqilliyini qoruyan, xalqın dəstəyinə arxalanan və beynəlxalq standartlara uyğun bir ordu yaratmaq idi. Bu məqsədə tam şəkildə nail olunub. Azərbaycan Ordusu bu gün həm döyüş meydanında, həm də informasiya müharibəsində qalib gəlməyi bacaran, qlobal təhlükəsizlik sisteminə töhfə verən müasir və qalib ordudur.

Bu uğurların zirvəsi isə 2020-ci ilin 44 günlük Vətən Müharibəsi oldu. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu milli hədəf olan ərazi bütövlüyünü bərpa etdi, düşməni darmadağın etdi və tarixə “qalib dövlət – qalib ordu” anlayışını həkk etdi”.

Deputat bildirib ki, 44 günlük Vətən Müharibəsində əldə olunan tarixi Qələbə təsadüfi deyildi. Bu, onilliklər ərzində qurulan möhkəm təməlin, strateji liderliyin və xalqın vahid iradəsinin nəticəsi idi:

“Müharibə dövründə Ali Baş Komandanın siyasi və diplomatik sahədəki çevik qərarları, informasiya cəbhəsində üstün mövqeyi və orduya olan sarsılmaz inamı qələbənin ideoloji və praktiki əsasını təşkil etdi. Şuşanın azad olunması əməliyyatı isə hərb tarixində misilsiz qəhrəmanlıq və yüksək taktiki düşüncə nümunəsi kimi yadda qaldı. Bu əməliyyat sübut etdi ki, Azərbaycan Ordusu yalnız müasir texnika və silahla deyil, həm də ruh yüksəkliyi, intizam və vətənə sədaqətlə qələbə qazanır”.

Parlamentari əlavə edib ki, bu gün Azərbaycan Silahlı Qüvvələri müasir tələblərə tam cavab verən, yüksək döyüş hazırlığına malik olan qüdrətli bir orduya çevrilib:

“Ordumuzun bu səviyyəyə çatmasında həm kadr potensialının gücləndirilməsi, həm də silah sistemlərinin müasirləşdirilməsi mühüm rol oynayır. Peşəkar zabit heyətinin yetişdirilməsi, gənc hərbçilərin müasir təlim metodikası ilə hazırlanması və beynəlxalq hərbi təhsil proqramlarına inteqrasiya Azərbaycan Ordusunun intellektual və operativ potensialını əhəmiyyətli dərəcədə artırır. Bununla yanaşı, texniki silahlanmanın modernləşdirilməsi istiqamətində də ardıcıl addımlar atılır.

Pilotsuz uçuş aparatları, yüksək dəqiqlikli silah sistemləri, yerli istehsalın inkişafı və strateji müttəfiqlərlə hərbi əməkdaşlıq nəticəsində Azərbaycan Ordusu qabaqcıl hərbi texnologiyalarla təmin olunub. Bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan Silahlı Qüvvələri istənilən hərbi tapşırığı yerinə yetirməyə tam hazır və qadirdir”.

"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 İyun 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri