Icma.az
close
up
RU
Deputat: Ortaq əlifba romantik ideya deyil, strateji hədəfdir

Deputat: Ortaq əlifba romantik ideya deyil, strateji hədəfdir

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

“Türk dünyasının əsrlər boyu ən böyük sərvəti ortaq tarixi, ortaq mədəniyyəti və ortaq mənəvi dəyərləri olub. Bu gün isə həmin birliyi daha da möhkəmləndirəcək ən güclü körpülərdən biri məhz ortaq əlifba və ortaq ünsiyyət dili ideyasıdır. Çünki bizi bir-birimizə bağlayan təkcə coğrafiya deyil, eyni kökdən gələn sözümüz, düşüncəmiz və yaddaşımızdır”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Elnarə Akimova danışıb.

Deputat bildirib ki, son illər Türk Dövlətləri Təşkilatı çərçivəsində bu istiqamətdə görülən işlər artıq göstərir ki, söhbət romantik bir ideyadan yox, konkret strateji hədəfdən gedir:

“2024-cü ildə Türk Akademiyası və türk dünyasının dilçi alimlərinin uzun illər üzərində çalışdığı 34 hərfdən ibarət Ortaq Türk Əlifbasının təqdim olunması bu baxımdan tarixi hadisə idi. Bu, sadəcə yeni hərflər toplusu deyil. Bu, türk xalqlarının bir-birini daha rahat oxumasına, anlamasına və gələcəyini birlikdə qurmasına xidmət edən mühüm addımdır”.

Elnarə Akimovanın fikrincə, burada əsas məsələ ondan ibarətdir ki, heç kim öz ana dilindən imtina etmir. Azərbaycan dili də, qazax dili də, qırğız dili də, özbək dili də, türk dili də öz dövlət statusunu qoruyur. Ortaq dil təşəbbüsü bu dilləri əvəz etmək üçün deyil, onları bir-birinə daha da yaxınlaşdırmaq üçündür. Necə ki, Avropa İttifaqında onlarla rəsmi dil mövcuddur, amma əməkdaşlığı asanlaşdıran ortaq kommunikasiya vasitələri də var. Türk dünyasında da məqsəd məhz qarşılıqlı anlaşmanı gücləndirməkdir.

Deputat vurğulayıb ki, Azərbaycan bu prosesdə təkcə iştirakçı deyil, aparıcı təşəbbüskar dövlətlərdən biridir.

“Prezident İlham Əliyev dəfələrlə bildirib ki, "Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır". Bu, sadəcə siyasi bəyanat deyil, Azərbaycanın xarici siyasət kursunun mahiyyətidir. Dövlətimizin başçısı başqa bir çıxışında isə vurğulayıb ki, "XXI əsr Türk dünyasının inkişaf əsri olmalıdır". Bu inkişaf yalnız iqtisadi layihələrlə ölçülmür. Əgər ortaq düşüncə, ortaq informasiya məkanı və ortaq ünsiyyət formalaşmasa, inteqrasiya da arzulanan səviyyəyə çatmayacaq”, - deyə deputat bildirib.

Deputatın fikrincə, bu gün Azərbaycanın təşəbbüsü ilə reallaşan Zəngəzur dəhlizi ideyası, Orta Dəhliz layihəsi, enerji və nəqliyyat əməkdaşlığı türk dövlətlərini fiziki olaraq bir-birinə yaxınlaşdırır. Ortaq əlifba və ortaq ünsiyyət dili isə bu yolların mənəvi və intellektual davamına çevrilə bilər. Çünki yollar şəhərləri birləşdirir, dil isə insanları.

Elnarə Akimova hesab edir ki, praktiki baxımdan bunun faydaları çox böyükdür:

“Təsəvvür edin ki, Bakıda yazılan elmi məqaləni Astanada və ya Bişkekdə əlavə tərcüməyə ehtiyac olmadan rahat oxumaq mümkündür. Azərbaycanlı tələbə Daşkənddə təhsil alarkən, qazax sahibkar Bakıda investisiya qoyarkən, jurnalistlər, alimlər və gənclər bir-biri ilə daha rahat ünsiyyət qurarkən əməkdaşlığın sürəti dəfələrlə artacaq. Bu isə iqtisadiyyatdan tutmuş elmə, turizmə, rəqəmsal texnologiyalara qədər bütün sahələrə yeni nəfəs verəcək”.

Deputat deyir ki, ancaq ortaq dil inzibati qərarla yaranmır. O, məktəbdə, universitetdə, mediada, kinoda, ortaq televiziya layihələrində, tələbə mübadiləsində, rəqəmsal platformalarda və insanların gündəlik ünsiyyətində formalaşır. Buna görə də növbəti mərhələdə ortaq terminologiya bazasının yaradılması, ortaq dərsliklərin hazırlanması, türk dillərinin qarşılıqlı tədrisinin genişləndirilməsi, birgə media və rəqəmsal layihələrin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

“Bu gün dünya yeni geosiyasi düzənə doğru irəliləyir. Belə bir dövrdə 300 milyondan artıq əhalini birləşdirən türk dünyasının ortaq sözə, ortaq ünsiyyətə və ortaq gələcək vizyonuna sahib olması artıq seçim deyil, zərurətdir. Çünki güclü birlik yalnız ortaq maraqlarla deyil, həm də bir-birini anlayan insanların yaratdığı etimad üzərində qurulur. Məhz buna görə ortaq əlifba və ortaq ünsiyyət dili türk dünyasının gələcəyinə qoyulan ən qiymətli strateji investisiyalardan biri hesab olunmalıdır”, - deyə Elnarə Akimova bildirib.

İradə Cəlil,Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 01 İyul 2026 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see690

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see420

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see251

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see226

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see208

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see200

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see197

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see196

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see193

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see191

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see190

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see188

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see187

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see181

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see181

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see180

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see179

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see179

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see173

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri