Deputat parlamentdə Bakıdakı yol nişanlarından gileyləndi
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
"Yolların hərəkət hissəsinə baxsaq, görərik ki, hərəkət zolaqlarının eni normativlərə uyğun olaraq 3,5–3,75 metr təşkil edir. Təəssüf ki, avtomobillərin dayanması üçün ayrılan və nişanlanan ərazilər çox vaxt həmin dövlət standartlarına uyğun olmur. Xüsusən də iri ölçülü nəqliyyat vasitələri, yük avtomobilləri və avtobuslar hərəkət edərkən yolun kənarına çıxmağa məcbur qalırlar. Bu zaman sürücülər kəsilməz xətti keçmək məcburiyyətində qalır".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında deputat Hikmət Məmmədov bildirdi.
O əlavə etdi ki, nəticədə nəzarət kameraları bunu qeydə alır və sürücülər məcburi şəkildə yol hərəkəti qaydasını pozduqlarına görə cərimələnirlər:
"Düşünürəm ki, bu işlərlə yanaşı, həmin standartlara da ciddi diqqət yetirilməlidir. Nəticədə nə baş verir? Ən pis tərəfi odur ki, bu vəziyyət sürücülər üzərində əlavə psixoloji təzyiq yaradır. Məsələn, rayona gedərkən şəxsən mən "Koroğlu" stansiyası yaxınlığında avtomobil idarə edərkən radarlardan yayınmaq üçün telefonumda "Waze" proqramını açıb marşrutu izləməyə çalışıram. Bir gözüm telefonda, bir gözüm yol nişanlarında, digər diqqətim isə avtomobilin sürətində olur. Həm yol hərəkəti qaydalarını pozmamaq, həm də təhlükəsiz şəkildə mənzil başına çatmaq üçün sürücü daim gərgin vəziyyətdə qalır. Bu isə bütün sürücülərdə psixoloji diskomfort yaradır. Beləliklə, təhlükəsizliyi təmin etmək məqsədilə görülən bəzi tədbirlər müəyyən hallarda əks nəticə verərək əlavə risk mənbəyinə çevrilir.
Düşünürəm ki, dövlət qurumları bu məsələlərlə bağlı həm də mövcud standartlara xüsusi diqqət yetirməlidirlər. Məsələn, kəsilməz və kəsilən xətlər, yol nişanları, dönmə məhdudiyyətləri ilə bağlı müəyyən uyğunsuzluqlar mövcuddur. Bəzi hallarda dönmənin məhdudlaşdırıldığı ərazidə qısa məsafə sonra avtomobillərin müvəqqəti dayanması üçün yer ayrılır və orada nəqliyyat vasitələri park edilir. Bu zaman sürücü ya həmin avtomobili vurmaq, ya onun qarşısına çıxmaq, ya da qaydanı pozaraq xətti keçmək məcburiyyətində qalır. Başqa çıxış yolu qalmır. Əlbəttə, belə hallar geniş yayılmayıb, lakin mövcuddur. İnanıram ki, bu problemlərlə bağlı hərtərəfli tədbirlər görüləcək".
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:194
Bu xəbər 19 İyun 2026 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















