Deputat: “Qarabağda tikinti sektoru 10 dəfədən çox böyüyüb”
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
“Oktyabr ayında işğaldan azad olunan 4 rayonumuzun şəhər günləri qeyd olunur.
3 gün öncə Zəngilanda keçirilən şəhər günü 2 gün sonra Qubadlıda qeyd ediləcək.
Zəfərdən sonra işğaldan azad olunan ərazilərimzdə iqtisadiyyatın formalaşması və re-inteqrasiyası prosesi intensiv şəkildə davam etdirilməkdədir. “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində uzun müddət işğal altında qalan və tamamilə dağıdılan ərazilərimiz yenidən bərpa olunur, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışı təmin edilir. İndiyədək bərpa və yenidənqurmaya dövlət büdcəsindən 26 milyard manat vəsait ayrılıb. Azərbaycan bu işləri öz maliyyə imkanları hesabına həyata keçirir. Bu bir daha Azərbaycanın gücünü təsdiq edir”.
“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat Vüqar Bayramov deyib. Deputat qeyd edib ki, son illər həm Qarabağ, həm də Şərqi Zəngəzurun iqtisadiyyatında ciddi irəliləyişlər qeydə alınıb:
“Zəfərdən sonra Qarabağın iqtisadiyyatı 4 dəfə böyüyüb. Qarabağ iqtisadi rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 2020-ci ildə 1 milyard 548 milyon manat idisə, indi bu göstərici 6 milyard manata çatır. Doğrudur, Qarabağ iqtisadi rayonu yalnız işğaldan azad olunan ərazilərimizi əhatə etmir. Amma işğaldan azad olunan və bərpa edilən ərazilərimizdə xüsusi iqtisadi inkişaf müşahidə edilməkdədir.
Belə ki, 2025-ci ildə yalnız Ağdam rayonunda sənaye məhsulunun dəyəri 1 milyard 2 milyon manat təşkil edib ki, bu da 2024-cü ilə nisbətən 17,4 dəfə artım deməkdir. Kənd təsərrüfatında isə 2 dəfə artım qeydə alınıb. Qarabağda istehsal olunan müxtəlif sənaye və qeyri-neft məhsulları Gürcüstan, Moldova, Özbəkistan, Qazaxıstan və Rusiya daxil olmaqla geniş coğrafiyaya ixrac olunur.
Cənab Prezidentin rəhbərliyi ilə Qarabağ iqtisadiyyatının re-inteqrasiya prosesi daha sürətlənmişdir. Zəfərdən sonra həyata keçirilən yenidən qurma və bərpa işləri nəticəsində Qarabağda tikinti sektoru 10 dəfədən çox böyüyüb. İnşaat sektorundakı canlanma iqtisadiyyata yeni dəyər qatmaqla yanaşı, yeni iş yerlərinin yaradılmasına da xidmət etməkdədir”.
V.Bayramov əlavə edib ki, 2 gün sonra şəhər gününü qeyd edəcək Qubadlı rayonun da daxil olduğu Şərqi Zəngəzurun iqtisadiyyatı inkişaf mərhələsinə qədəm qoyub:
“Zəfərdən sonra Şərqi Zəngəzurun iqtisadiyyatı 30 dəfə böyüyərək 4 milyard manatı keçib. 2020-ci ildə sözügedən iqtisadi rayonumuzda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı cəmi 134 milyon manat idi. Artıq Şərqi Zəngəzurun 100 milyon manatlıq sənayesi, 170 milyon manatdan çox aqrar sektoru var.
Qarabağda olduğu kimi, Şərqi Zəngəzur iqtisadi rayonumuzda da geniş tikinti işləri müşahidə edilir. Bu iqitsadi rayonumuzda tikinti sektorunun həcmi 4 milyard manata yaxınlaşmaqdadır.
Göründüyü kimi, Qarabağ Azərbaycanın yeni iqtisadi inkişaf drayverinə çevrilməkdədir. Bu həmçinin Azərbaycan iqtisadiyyatının dayanıqlığının və iqtisadi diversifikasiyanın dəstəklənməsi deməkdir”.
Vilayət Muxtar
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 23 Oktyabr 2026 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















