Icma.az
close
up
RU
Qərbi Azərbaycana qayıdış bu, tarixi ədalətin bərpasıdır!

Qərbi Azərbaycana qayıdış bu, tarixi ədalətin bərpasıdır!

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Belə bir deyim var: Tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Bəli, bunu Azərbaycan xalqı, bütün dünya gördü ki, Müdrik Lider, Böyük strateq, Qalib Sərkərdə Qarabağın 30 il davam edən işğalına Ali Baş Komandanımızın nəyi, nə vaxt edəcəyi ilə «Dəmir Yumruq» siyasətnə əməl edən Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığı ilə 44 gündə son qoydu. Azərbaycan dövlətinin və xalqının qüdrətini, sarsılmaz iradəsini, ordumuzun gücünü beynəlxalq səviyyədə nümayiş etdirən möhtəşəm Qələbə həm də yeni reallıqlar yaratdı. Otuz ilə yaxın Ermənistanın işğalı altında qalan Qarabağ və Şərqi Zəngəzur azad olundu. Nəticədə müasir müstəqil Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildi. Bundan sonra xalqımızın yeganə problemi öz əzəli və əbədi torpaqları olan Qərbi Azərbaycanın həqiqi sahiblərinin ata-baba yurdlarına geri qaytarılması, onların hüquqlarının bərpasıdır. Bu məsələ növbəti tarix, dövr üçün ən mühüm taleyüklü bir məsələ olaraq artıq ölkəmizin gündəliyinə daxil edilib.

Zəngəzur dəhlizi Qərbi azərbaycanlılar üçün də xüsusi əhəmiyyət kəsb edir. Üçtərəfli bəyanatda Azərbaycanın Qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulması da qeyd edilir. Çünki Zəngəzur dəhlizinin açılması təkcə ölkəmiz üçün deyil, həm də türk dünyasının siyasi, iqtisadi və mədəni əlaqələrinin daha da güclənmnəsinə güclü təkan verəcək.

Ölkə başçısının proqram xarakterli tapşırıq və tövsiyələrinin uğurla həyata keçirilməsi, ona daha kütləvi xarakter verilməsi məqsədilə Qərbi Azərbaycan İcması İctimai Birliyinin hər bir şəhər və rayonda, hər bir kənd və qəsəbədə bölmələri yaradılmış, onların təşkilatçılığı ilə hər bir icma və qeyri-hökumət təşkilatı, hər bir ölkə sakini məqsədyönlü şəkildə Qərbi Azərbaycana qayıdışın uğuruna öz töhfəsini verir.

Hamımıza məlumdur ki, keçmişdə Azərbaycanın şərq vilayətləri ilə Anadolunu, bütün Qafqazla Yaxın Şərqi birləşdirən mühüm karvan yollarının üzərində yerləşən, hazırda isə şimaldan Gürcüstanla, şərqdən Azərbaycanla, qərbdən Türkiyə ilə, cənubdan isə İranla həmsərhəd olan bu ərazilər indi Ermənistan kimi tanınsa da, vaxtilə qədim Oğuz yurdu, tarixi Azərbaycan torpaqları olub. Bu, inkaredilməz faktdır. Bunu həmin ərazidəki saysız-hesabsız maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, qəbirüstü abidələr, istehkam qala və saray qalıqları, karvansaralar, körpülər, Göyçə gölü ətrafında tapılan heykəllər, məscidlər də təsdiqləyir. Ermənilərin tarixi Azərbaycan torpaqlarında etnik tərkibin dəyişdirilməsi ilə bağlı siyasətinə gəlincə onu deyə bilərik ki, bu hal məqsədyönlü şəkildə mütəmadi olaraq həyata keçirilib. XV əsrin ortalarında Qaraqoyunlu hökmdarı Cahan şah erməni katolikosluğunun mərkəzinin Kilikiyadan, erməni mənbələrində qeyd edildiyi kimi, “Azərbaycan ölkəsində olan Üçkilsəyə” (Eçmiədzinə) köçürülməsinə icazə verib. Tədricən Üçkilsə və onun ətrafında yerli azərbaycanlı əyanlara məxsus torpaqlarda Kilikiyadan köçüb gələn erməni ailələri məskunlaşıb və bu proses sonrakı yüzilliklərdə daha da genişlənib. Ermənilər tərəfindən 1639-cu ildə Üçkilsə məbədinin Alban memarlıq üslubuna uyğun mehrabı sökülüb, yenidən inşa edilib. Mədəniyyətimizə qarşı törədilən bu cür vandalizm aktları sonrakı dövrlərdə də baş verib. I Pyotrun hakimiyyəti illərində də ermənilər Rusiya İmperiyası üçün etnik dayaq yaradılması məqsədilə planlı şəkildə Qərbi Azərbaycana köçürülüb. Bu siyasət daha sonra müxtəlif dövrlərdə təkrarlanıb və ermənilər vaxtaşırı bu ərazilərdə məskunlaşdırılıb. Çar Rusiyası İrəvan xanlığını özünə birləşdirdikdən sonra bu bölgədə möhkəmlənmək məqsədilə yerli müsəlman-türk əhalini sıxışdırmağa və Azərbaycan ərazisinə erməniləri köçürməyə başlayıb. 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqları ləğv edildikdən sonra burada qondarma “erməni vilayəti” yaradılıb. 1828-ci il Türkmənçay və 1829-cu il Ədirnə müqavilələrindən sonra ermənilərin Şimali Azərbaycanın digər bölgələri ilə yanaşı, keçmiş İrəvan xanlığının ərazilərinə köçürülməsi kütləvi xarakter alıb. Ardınca sovet hakimiyyəti zamanı da ermənipərəst siyasətin nəticəsində Qərbi Azərbaycan torpaqlarına qeyri-qanuni erməni köçləri davam etdirilib. Belə ki, Suriyadan və Livandan xeyli sayda erməni ailələri burada yerləşdirilib. Qərbi Azərbaycan torpaqlarında böyük güclərin dəstəyi ilə dövlət quran ermənilər utanmadan, “Yersiz gəldi - yerli, qaç”, “Dağdan gəlib bağdakını qovmaq” frazeoloji birləşmələrinə uyğun etnik təmizləmə siyasəti də aparıblar. Azərbaycanlıların Qərbi Azərbaycandan kütləvi deportasiyasına düzgün və obyektiv hüquqi-siyasi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib. Ulu Öndərin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən, tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli Fərmanı böyük elmi-siyasi, tarixi əhəmiyyətə malik sənəddir. Burada haqlı olaraq qeyd edilir ki, keçmiş SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli və 1948-ci il 10 mart tarixli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olub. Təkcə bu cinayət aktlarının həyata keçirilməsi nəticəsində 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan ərazisindən kütləvi şəkildə və zorakılıqla sürgün edilib. Artıq tarixi ədaləti bərba etmək zamanı yaxınlaşır.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu məsələyə göstərdiyi diqqət və qayğı xüsusi qeyd olunmalıdır. Məhz ölkə başçısının 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan ziyalılarının bir qrup nümayəndəsi ilə İcmanın yeni binasında görüşü, onların qarşısında duran mühüm və konkret vəzifələri müəyyən etməsi bu qəbildəndir. Bu tarixi görüşdə dövlət başçımız tərəfindən səsləndirilən fikirlər xalqımızın tarixində yeni bir eranın başlandığını xəbər verdi. Heç təsadüfi deyildir ki, dövlətimizin başçısı həmin görüşdə soydaşlarımızın öz doğma torpaqlarına qayıtması ilə bağlı yeni milli strateji hədəfləri açıqladı. Bu bir faktdır ki, Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalıb. Proqramın son məqsədi də onların hüquqlarının bərpasını və öz doğma torpaqlarına qayıdışın hüquqi bazasını təmin edir.

Dövlətimizin başçısının Qərbi Azərbaycan İcmasına verdiyi tövsiyələr bu gün özünü göstərməkdədir. Öncə Qərbi Azərbaycan İcmasının yanvar ayında beynəlxalq ictimaiyyətə müraciəti, 26 yanvar 2023-cü il tarixdə qəbul etdiyi Qayıdış Konsepsiyası və həmin Konsepsiyanın BMT katibliyi tərəfindən rəsmi sənəd kimi yayılması qısa zamanda Qərbi Azərbaycan məsələsi istiqamətində görülən işlərin bəhrələridir və bu bəhrələr bizi hər gün Qərbi Azərbaycana yaxınlaşdırır. Biz tarixi ədaləti bərpa etməyə doğru qəti addımlar atırıq!

Bəli, Qərbi Azərbaycandan olan soydaşlarımız tezliklə öz yurdlarına qayıdacaqlar. Özü də biz oraya sülhlə qayıdacağıq. Dövlət başçımızın söylədiyi kimi: «Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar»

Göründüyü kimi, haqqdan qaçmaq olmaz və Qərbi Azərbaycan torpaqların hər qarışı bizə məxsusdur. Və gün gələcək, sözü imzası qədər qüvvətli və keçərli olan Prezident İlham Əliyev cənablarının «Dəmir Yumruq» siyasəti ilə biz Qərbi Azərbaycana qayıdacağıq. İnşallah!

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:269
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Mart 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri