Deputat rus dilində təhsilin dövlət büdcəsindən maliyyələşdirilməsinin dayandırılmasını təklif edib
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu gün Azərbaycanda rus bölməsində 157 min, Azərbaycan bölməsində 1 milyon 570 min şagird təhsil alır.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsində deputat Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, milli kimlik, milli ideologiya təhsildə formalaşır: “Bir şagirdin dövlət büdcəsinə illik xərci 2 min manatdır. Azərbaycanda ingilis və ya Çin dilində dövlət hesabına təhsil alan şagirdlər varmı? Demək olar ki, yox. Belə olan halda Azərbaycanda rus dilinin xüsusi əlahiddə statusu nədir ki, 157 min şagird bu dildə təhsil alır və bu xərcləri dövlət ödəyir. Nə üçün? Bu barədə düşünmək lazımdır. Ali təhsil müəssisələrində də belədir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 16 Noyabr 2026 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















