Icma.az
close
up
RU
Deputat Şahin Seyidzadə qoruğu necə talan edib? Yeyintinin detalları

Deputat Şahin Seyidzadə qoruğu necə talan edib? Yeyintinin detalları

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda bəzilərinin parlamentə gedən yolunun büdcə talançılığından keçdiyini desək, səhv etmiş olmarıq. 
Təsadüfi deyil ki, parlamentə düşənlərin bir çoxunun şəxsi tərcümeyi-halında “qara” izlərə rast gəlinir – özü də yaşından və təcrübəsindən asılı olmayaraq…
Ötən gün mətbuatda Hesablama Palatasının “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi publik hüquqi şəxs və tabeliyindəki təşkilatlarda apardığı yoxlamaların nəticələri dərc edilib. 
Audit prosesi 29.02.2024-cü il tarixindən 13.04.2024-cü il tarixinədək aparılıb və 01.01.2022-ci il tarixindən 31.12.2023-cü il tarixinədək olan dövrü əhatə edib. Bu qısa müddət ərzində milyonlarla manatlıq pozuntulara, yeyintilərə yol verildiyi aşkarlanıb. Alqı-satqı əməliyyatlarından tutmuş tenderlərə, dövlət sifarişlərinin maliyyələşdirilməsinə, xərclərin şişirdilməsinə qədər saysız-hesabsız pozuntular üzə çıxıb.
Auditin aparıldığı dövrdə quruma hazırda millət vəkili statusu daşıyan Şahin Seyidzadə rəhbərlik edib. Bu da bizim “gənc, perspektivli, Qərb təhsilli kadr”...
2022–2024-cü illərdə qurumun İdarə Heyətinin sədri olan Seyidzadə, ötən il keçirilən parlament seçkilərində deputat seçilib və hazırda parlamentdə fəaliyyətini davam etdirir. Məsələ ondadır ki, Seyidzadə “İçərişəhər”ə rəhbər təyin olunmazdan əvvəl – 2020-ci ildən 2022-ci ilə qədər də deputat olub.
Hesablama Palatasının auditindən göründüyü kimi, iki il ərzindəki “uğurlu” fəaliyyətdən sonra Seyidzadə yenidən parlamentə qaytarılıb. Azərbaycanda Hesablama Palatasının müstəqillik səviyyəsini nəzərə alsaq, təbii ki, onun yaydığı hesabatlar hər hansı təşkilatda olan pozuntuların və yeyintilərin bütün miqyasını tam əhatə etməyə bilər. Bununla belə, təqdim olunan hesabat belə, ortada milyonlarla manatlıq pozuntuların olduğunu göstərir.
Əlbəttə ki, qanunun aliliyi, demokratiya və şəffaflıq ənənələrinin dərin köklərə sahib olduğu ölkələrdə bu cür faktlar aşkarlanarsa, istənilən məmur və ya deputat ilk növbədə ictimai qınağa məruz qalır, daha sonra isə hüquqi məsuliyyətə cəlb olunur.
Bizdə isə bu təcrübə “populyar deyil” və Şahin Seyidzadəyə də bu səbəbdən heç nə edilməyəcək. Parlament belə şəxslərlə doludur – onların hansına nə edilib ki, ona da edilsin? Əvəzində, onların timsalında Azərbaycanda yeni Ramiz Mehdiyev, Ziya Məmmədov, Fazil Məmmədov, Eldar Mahmudov, Zakir Qaralov və s. nəsli – yəni, “gənc və perspektivli korrupsionerlər nəsli”nin yetişdiyini görürük. Dəyişən yalnız adlar və yaşlardır, mahiyyət isə olduğu kimi qalır...
Azərbaycan reallıqlarında deputat mandatı kimlər üçünsə karyerasında irəliləyiş, kimlər üçünsə əksinə – eniş sayılır. Belə görünür ki, “İçərişəhər”ə rəhbər təyin edilməsi Seyidzadə üçün “karyera sıçrayışı” (məsələn, Mikayıl Cabbarov bu vəzifədən birbaşa Təhsil naziri postuna getmişdi), parlamentə qaytarılması isə karyera enişi olub.
Auditin nəticələri həm də göstərir ki, Seyidzadənin cəmi iki ildən sonra vəzifədən uzaqlaşdırılması təsadüfi olmayıb... Ancaq bütün bunlara baxmayaraq, əgər bir gün bu “gənc, perspektivli, Qərb təhsilli kadr”ın himayədarlarının köməyi ilə yenidən hansısa vəzifəyə təyin olunduğunu görsək – heç də təəccüblənməyəcəyik... (Azpolitika.info)
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Aprel 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see258

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see240

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see230

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see228

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see226

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see215

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see210

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see204

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see178

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see169

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see168

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see166

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see161

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see155

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see153

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see151

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see149

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri