Icma.az
close
up
RU
Deputat: Təhsildə dünyəvilik prinsipi erkən nikah kimi problemlərin həllində də mühüm rol oynayır

Deputat: Təhsildə dünyəvilik prinsipi erkən nikah kimi problemlərin həllində də mühüm rol oynayır

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Təhsildə dünyəvilik prinsipi, qızların təhsil hüquqlarının qorunması və onların gələcək həyatlarını müstəqil şəkildə müəyyənləşdirmək imkanlarının təmin edilməsi erkən nikah kimi sosial problemlərlə mübarizədə mühüm əhəmiyyət daşıyır”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə bildirib.

Deputat deyib ki, erkən nikah bu gün dünyanın bir sıra ölkələrində, xüsusilə İran, Əfqanıstan və bəzi ərəb ölkələrində ciddi narahatlıq doğuran sosial problemlərdən biridir: “Təəssüf ki, bəzi cəmiyyətlərdə azyaşlı qızların nikaha məcbur edilməsi və ya onların erkən yaşda ailə qurmağa sövq olunması halları ilə qarşılaşırıq. Bu isə uşaqların uşaqlığını yaşamaq, təhsil almaq, öz gələcəklərini müəyyənləşdirmək və şəxsiyyət kimi formalaşmaq imkanlarını əllərindən alır. Fiziki və psixoloji baxımdan ailə məsuliyyətini daşımağa hazır olmayan qızlar bir sıra hallarda ağır həyat şəraiti ilə üzləşir, sağlamlıqları və gələcək həyatları ciddi təhlükə altına düşür.

Erkən nikahın yaratdığı problemlər təkcə həmin uşaqların şəxsi faciəsi ilə məhdudlaşmır, bütövlükdə cəmiyyətin sosial inkişafına və gələcək nəslin formalaşmasına mənfi təsir göstərir. Bu baxımdan, qız uşaqlarının hüquqlarının qorunması, onların təhsildən kənarda qalmaması və müstəqil gələcək qurmaq imkanlarının təmin edilməsi xüsusi əhəmiyyət daşıyır. Heç bir ənənə, sosial yanaşma və ya ailə qərarı uşağın hüquqlarının pozulmasına, onun təhsil və inkişaf imkanlarından məhrum edilməsinə əsas ola bilməz. Uşaqların taleyi ilə bağlı qərarlar verilərkən, ilk növbədə, onların mənafeyi, təhlükəsizliyi və gələcək həyat perspektivləri nəzərə alınmalıdır.

Erkən nikahla mübarizə yalnız qanunvericilik tədbirləri ilə məhdudlaşmamalı, eyni zamanda, ailələrdə maarifləndirmənin gücləndirilməsi, valideynlərin məsuliyyətinin artırılması və cəmiyyətdə düzgün yanaşmanın formalaşdırılması istiqamətində ardıcıl iş aparılmalıdır”.

Arzuxan Əlizadə Azərbaycanın təhsil siyasətində dünyəvilik prinsipinin və təhsilin əlçatanlığının mühüm əhəmiyyət daşıdığını vurğulayıb: “Azərbaycanda təhsil sahəsinə xüsusi diqqət yetirilir və bu sahədə əsas məqsədlərdən biri gənc nəslin savadlı, geniş dünyagörüşünə malik və müasir biliklərə yiyələnmiş vətəndaşlar kimi yetişməsidir. Təhsil müəssisələrində dini amillərin tədris prosesinə mənfi təsir göstərməsinə, uşaqların dünyagörüşünün formalaşmasına və təhsil hüquqlarının həyata keçirilməsinə maneələr yaratmasına yol verilməməlidir.

Bu baxımdan, Nazirlər Kabinetinin ümumtəhsil məktəblərində şagirdlərin geyimi ilə bağlı qərarında dünyəvilik prinsipinin nəzərə alınması mühüm əhəmiyyət daşıyır. Məktəb hər bir şagirdin bərabər şəraitdə təhsil aldığı, bilik qazandığı və şəxsiyyət kimi formalaşdığı mühit olmalıdır. Şagirdlərin məktəbə davamiyyətinin təmin edilməsi də təhsil siyasətinin əsas məsələlərindəndir. Onların müntəzəm olaraq dərslərdə iştirak etməsi təhsil hüququnun reallaşması və gələcək inkişafı baxımından vacibdir. Bu səbəbdən qanunvericilikdə üzrlü səbəb olmadan uşaqların dərsə davamiyyətini təmin etməyən valideynlərə cərimə tətbiqi nəzərdə tutulur. Valideynlər övladlarının təhsilinə məsuliyyətlə yanaşmalı, onların dərslərdən yayınmasına yol verməməlidirlər. Çünki təhsilli və savadlı gəncliyin yetişdirilməsi həm ailənin, həm də cəmiyyətin qarşısında duran mühüm vəzifədir”.

Deputat qeyd edib ki, təhsil insanın və xalqın gələcəyini müəyyənləşdirən ən mühüm amillərdən biridir: “Xüsusilə qızların təhsilə cəlb olunması, onların məktəbdən yayınmasının qarşısının alınması və ali təhsil də daxil olmaqla, bütün təhsil pillələrində inkişaf imkanlarının genişləndirilməsi erkən nikah probleminin aradan qaldırılmasına töhfə verə bilər. Təhsilli qız öz hüquqlarını daha yaxşı anlayır, gələcəyi ilə bağlı daha şüurlu qərarlar verir və cəmiyyətin inkişafında fəal iştirak edir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://apa.az
archiveBu xəbər 14 Oktyabr 2026 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see360

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see352

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see280

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see265

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see257

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see249

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see248

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see247

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see241

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see240

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see229

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see222

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see217

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see215

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see209

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see204

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see201

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see200

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri