Deputat: Təhsillə rüşvət bir araya gələ bilməz
Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
"Təhsil sahəsində bir sıra islahatlar həyata keçirilir. Məktəblərimizdə direktor və müəllimlərlə bağlı islahatlar aparılır. Təəssüf ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq yenə bəzi müəllim və direktorlarımızın adı neqativ məsələlərdə hallanmaqdadır".
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, artıq tez-tez bu kimi hallara rast gəlməyə başlamışıq:
"Hesab edirəm ki, direktorlar məsuliyyətli olmalı, neqativ hallardan uzaq durmalıdırlar. Ümumiyyətlə, rüşvət təhsillə bir yerə gələ bilməz. Direktorların seçimi zamanı da biz çox diqqətli olmalıyıq. Hər kəsə direktor vəzifəsi vermək olmaz. Təəssüf ki, son olanlar göstərdi ki, bəzi direktorlar onlara göstərilən etimadı doğrultmur. Bu da bizim məsuliyyətimizi artıran məsələdir".
Qeyd edək ki, daha iki deputat işində ciddi nöqsanlar aşkar edildiyi üçün vəzifədən uzaqlaşdırılıb.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.