Deputat Tənzilə Rüstəmxanlı Türkiyənin Bozok Universitetinin dekanı ilə görüşüb
Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı qardaş Türkiyənin Bozok Universitetinin dekanı, professor, millət vəkili Kürşad Zorlu ilə işgüzar görüş keçirib.
Azərbaycan Türkiyə Evində baş tutan görüşdə
Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı qardaş ölkənin siyasi təşkilatları və vətəndaş cəmiyyəti arasında müştərək layihələrin reallaşdırılması, səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması, həmçinin türk dövlətlərinin vətəndaş cəmiyyəti sahəsində əməkdaşlığının gücləndirilməsindən söz açıb. Gələcəkdə birgə layihələrin keçirilməsi müzakirə olunub.
Səmimi görüşə görə təşəkkür edən Kürşad Zorlu öncə Tənzilə Rüstəmxanlını VII çağırış Azərbaycan Milli Məclisinin deputatı seçilməsi münasibətilə təbrik edib, millət vəkili kimi mühüm vəzifəni uğurla yerinə yetirməkdə müvəffəqiyyətlər arzu edib.
Kürşad Zorlu qeyd edib ki, bu cür işgüzar görüşlərin Türkiyə və Azərbaycan arasında yalnız siyasi əlaqələrin deyil, eyni zamanda, mədəni və sosial sahələrdə də əməkdaşlığın inkişafına böyük töhfə verir, iki ölkənin ortaq hədəfləri istiqamətində sıx əməkdaşlıq etməsinə şərait yaradır.
Bu mövzuda digər xəbərlər:Deputat Tənzilə Rüstəmxanlı seçiciləri ilə görüşüb
09 Noyabr 2024 19:52
Tənzilə Rüstəmxanlı Türkiyənin Kartal bələdiyyəsinin sədri ilə görüşüb
03 Dekabr 2024 20:22
Deputat Tənzilə Rüstəmxanlı Həsənəbad qəsəbəsində sakinlərlə görüşüb
26 Aprel 2025 11:57
Deputat Tənzilə Rüstəmxanlı Türkmənistanın Azərbaycandakı səfiri ilə görüşüb
30 Aprel 2025 19:11
Baxış sayı:142
Bu xəbər 02 Dekabr 2024 20:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















