Ermənistan hökuməti Sülh Şurası nizamnaməsinin imzalanmasını təsdiqləyib
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Ermənistan hökuməti “Sülh Şurası”nın nizamnaməsinin imzalanmasını təsdiqləyib.
APA xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən imzalanan müvafiq qərar hökumətin rəsmi saytında dərc edilib.
“Ermənistan Respublikası hökuməti “Beynəlxalq müqavilələr haqqında” Qanunun 7-ci maddəsinə əsasən, “Sülh Şurası”nın nizamnaməsinin imzalanması təklifini təsdiqləmək qərarına gəlir”, - qərarda deyilir.
Sənəddə, həmçinin, Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyana nizamnamənin imzalanmasını təşkil etmək tapşırılır.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Qəzzadakı vəziyyət kontekstində “Sülh Şurası”nın yaradıldığını elan edib və Ermənistan, Azərbaycan, Rusiya və Belarus da daxil olmaqla bir sıra dövlətlərin liderlərini “Sülh Şurası”na dəvət edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 22 Yanvar 2026 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















