Icma.az
close
up
RU
Deputat yağışın fəsadlarından danışdı: “Görünən budur ki, problemi əvvəlcədən önləmək mümkün deyil”

Deputat yağışın fəsadlarından danışdı: “Görünən budur ki, problemi əvvəlcədən önləmək mümkün deyil”

Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Gecədən yağan yağış növbəti dəfə də şəhər nəqliyyatını iflic vəziyyətə gətirib. Təəssüf ki, hər dəfə bu cür təbiət hadisəsindən sonra ciddi fəsadlarla üzləşirik. İnsanlarımız yollarda qalırlar, iş yerlərinə çatmaq müşkülə çevrilib. Xüsusilə, Bakı ətrafı kəndlərdən, qəsəbələrdən şəhər istiqamətinə doğru yollar faktiki olaraq "məhdudlaşdırılıb" deyilir, amma bağlıdır. “Bağırov” körpüsü, eləcə də “Dərnəgül” istiqaməti və digər bir çox körpülərin altı su ilə dolub. Baxmayaraq ki bütün mövcud qurumlar prosesə cəlb edilib, FHN, DİN əməkdaşları səhər saatlarından yollardadırlar. Daha böyük problemlərin qarşısını almaqla məşğuldurlar. Amma görünən budur ki, problemi əvvəlcədən önləmək mümkün deyil".

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

Deputat bildirib ki, problemin kökü kanalizasiya xətlərinin olmaması, şəhər ətrafı sənədsiz evlərin tikintisi ilə bağlı məsələlərə diqqətlə yanaşılmaması, kommunikasiya xətlərinin lazımi səviyyədə qurulmamasındadır: "Bütün bunlar bu gün belə fəsadlara yol açıb. Təbii ki, hər dəfə müvafiq qurumlar tənqid olunur. Xüsusilə Bakı Şəhər İcra Hakimiyyəti. Məsələyə obyektiv yanaşsaq, problemin kökündə bu dayanır ki, kanalizasiya xətləri yenidən qurulmalıdır. Bunun üçün çox böyük vəsait tələb olunur. Yaxın zaman kəsiyində bunu həyata keçirmək mümkün görünmür. Xüsusilə belə bir vəziyyətin yaranması insanların ciddi narahatlıqlarına səbəb olur. Hər dəfə çox ciddi fəsadlarla yadda qalır, evlər su altında qalır, maşınlara ciddi zərər dəyir. Təəssüf ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bilavasitə kurasiyasında olan ağacların budanması, təhlükəli ərazilərdə ağacların kəsilməsi kimi işlər vaxtında yerinə yetirilmir. Şəhərin yaşıllaşdırılmasına, ağacların əkilməsinə ciddi fikir vermək lazımdır, amma zamanında Bakı şəhərinin iqliminə uyğun olmayan qovaq ağaclarının əkilməsi bu gün ciddi problemler yaradır. Vaxtında budama işlərinin aparılmaması, eləcə də digər təhlükə mənbəyi hesab olunan ağacların budanmaması fəsadlara yol açır. Ağaclar maşınların üzərinə aşır... Bu gün də artıq belə faktla üzləşmişik. Mənim yaşadığım ərazidə, həyətimizdə də növbəti dəfə ağacların aşmasına şahidlik edirik. Təəssüf ki, bu məsələyə ciddi diqqət yetirilmir. İlk növbədə Azərbaycan insanının belə problemlərlə üzləşməməsi üçün qabaqlayıcı tədbirlər görülməlidir. Belə havalarda "ictimai nəqliyyata üstünlük verilsin" deyə təkliflər edilir, amma ictimai nəqliyyatın hərəkətində, eyni zamanda yeraltı nəqliyyatla, dəmiryol infrastrukturu ilə bağlı çox ciddi problemlər var. Artıq qurumlar da bunu etiraf ediblər. Açıqlamalar verilib. Amma təəssüflər olsun, yenə əvvəlki dönəmlərdə olduğu kimi bu cür acınacaqlı durumla qarşılaşdıq".

Aytəkin Qardaşova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://pravda.az
archiveBu xəbər 16 Aprel 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see183

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see133

Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

07 İyun 2025 08:32see122

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see119

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see118

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see117

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see117

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see116

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see115

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see115

DİQQƏT! Bu ərazilərdə qaz KƏSİLƏCƏK

07 İyun 2025 10:37see115

Maskın təklifi

08 İyun 2025 04:23see114

Əfran İsmayılov: Hansısa oyunçunu yoxlamaq, kimisə hazırlamaq dövrü arxada qaldı

07 İyun 2025 09:00see114

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see114

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see114

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see114

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see113

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see113

Rusiya ordusu Sumı şəhərinə yaxınlaşır

07 İyun 2025 17:23see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri