Icma.az
close
up
RU
Zərifə xanım Əliyeva çoxillik səmərəli fəaliyyəti ilə Azərbaycan tibb elminə mühüm yeniliklər gətirib

Zərifə xanım Əliyeva çoxillik səmərəli fəaliyyəti ilə Azərbaycan tibb elminə mühüm yeniliklər gətirib

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Görkəmli ictimai xadim, akademik Zərifə xanım Əliyeva xalqa və Vətənə misilsiz xidmətlər göstərmişdir. O, ən mürəkkəb əməliyyatlar apararaq görmə qabiliyyəti zəif olanların və ya tamamilə görməyənlərin qaranlıq dünyasını işıqlandırmışdır.

2023-cü ildə ölkəmizdə və onun hüdudlarından çox uzaqlarda Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümü böyük ehtiram və minnətdarlıqla qeyd olunmuşdur. Tibb elminə verdiyi mühüm nailiyyətləri ilə yanaşı, onun mənəvi kamilliyi və elmə sədaqəti hər zaman nümunə kimi dəyərləndirilmişdir. O, eyni zamanda nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana kimi də tanınırdı.
Zərifə xanımın yüksək intellekti, dərin biliyi, insanpərvərliyi, Vətənə və xalqına olan bağlılığı onun portretində əsas cizgilər kimi öz əksini tapır. Sıravi həkimlikdən akademikliyə qədər yüksəlmiş alim oftalmologiya elminin inkişafına əvəzsiz töhfələr vermiş, yüksək ixtisaslı kadrların yetişdirilməsinə böyük əmək sərf etmişdir.
Akademik Zərifə Əliyevanın zəngin irsi, apardığı elmi tədqiqatlar və yazdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Səmimiyyəti və insanlara sevgisi ilə böyük hörmət qazanan Zərifə xanım, doğma ocağa, xalqa və Vətənə bağlılığı ilə seçilən ziyalı bir nəslin davamçısı idi.
1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olan Zərifə xanım 1947-ci ildə oranı əla qiymətlərlə bitirmişdir. Oftalmologiya sahəsinə marağı onu Moskvaya aparmış, Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ikiillik ixtisasartırma kursu keçərək həkim-oftalmoloq ixtisasına yiyələnmişdir.
O, peşə xəstəliklərinə dair apardığı fundamental tədqiqatlarla və onların effektiv müalicə üsullarını işləyib hazırlamaqla bu sahədə mühüm irəliləyişlərə nail olmuşdur. Elmi fəaliyyətinə Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda başlayan Zərifə xanımın ilk elmi araşdırmaları traxomanın müalicəsinə həsr olunmuşdur. 1959-cu ildə "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Onun təklif etdiyi müalicə üsulu ölkədə geniş tətbiq olunmuş və nəticədə traxoma xəstəliyi aradan qaldırılmışdır.
Eyni zamanda, Zərifə xanım onlarla iri sənaye müəssisəsində geniş elmi-tədqiqat işləri aparmış, bu işlərin nəticələri "Şin istehsalında gözün peşə patologiyası", "Xroniki yod intoksikasiyası zamanı oftalmologiya" və "Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası" kimi dəyərli monoqrafiyalarda əksini tapmışdır.
1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsindəki elmi tədqiqatlarının nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə akademik Zərifə Əliyeva SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Bu nüfuzlu mükafata layiq görülən ilk qadın alim o olmuşdur.
Zərifə xanım bir sıra dərs vəsaiti və monoqrafiyaların müəllifi olmuşdur. Onun "Kəskin virus konyunktivitləri", "Keratitlər", "Qlaukoma və gözün hipertenziyası", "Görmə orqanının zədələnməsi", "Göz yaşı axmasının fiziologiya və histologiyası", "Şəkərli diabetdə göz xəstəlikləri", "Gözün mikrocərrahiyyəsi", "Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası" kimi əsərləri bu gün də oftalmologiya sahəsində əhəmiyyətli yer tutur.
Görkəmli alimin göz yaşı xəstəliklərinə dair tədqiqatları da xüsusi əhəmiyyət kəsb edir. "Yaşaparıcı yolların fiziologiyası", "Yaşaparıcı yolların cərrahi müalicəsi", "Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları" və digər əsərləri tibb ictimaiyyəti tərəfindən dəyərli elmi mənbə kimi qəbul edilir. O, həmçinin iridodiaqnostika və iridoterapiya kimi nadir sahələrlə də dərindən məşğul olmuş, bu sahələrə dair iki əhəmiyyətli monoqrafiya yazmışdır.
Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişmişdir. 1994-cü ildə Zərifə xanım Əliyevanın cənazəsi Bakıya gətirilərək Fəxri xiyabanda dəfn olunmuşdur.
3 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümünün qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır.

Abbas Əliyev
YAP Abşeron rayon təşkialtının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Aprel 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see138

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see129

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri