Icma.az
close
up
RU
Deputatdan 35a yaşa qədər olanlar haqda açıqlama: Hərbi xidmətə aparılacaqlar

Deputatdan 35a yaşa qədər olanlar haqda açıqlama: Hərbi xidmətə aparılacaqlar

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna edilən dəyişikliklərlə bağlı bir sıra məqamlara aydınlıq gətirib.
Reyting.az-
ın məlumatına görə, Pravda.az-ın suallarını cavablandıran A.Əlizadə deyib ki, qanun layihələri bir sıra mütərəqqi müddəaları ehtiva edir: "Seçicilərimizin bu qanunun qəbulu ilə bağlı məsələyə diqqəti təbiidir. Təklif olunan layihəyə müvafiq olaraq, hərbi çağırış yaşının son həddi 35-dən 30-a endirilir. Bu da kifayət qədər ciddi, eyni zamanda müsbət dəyişiklikdir. Bunu xüsusi qeyd edirəm. Qanuna dəyişiklik ikinci və üçüncü oxunuşda qəbul edilib, Azərbaycan Prezidenti tərəfindən imzalanandan sonra qüvvəyə minəcək və hər kəsə şamil olunacaq”.
Deputat möhlət hüququ gələn il bitən şəxslərin hərbi xidmətə çağırılıb-çağırılmayacaqları ilə bağlı suallara da aydınlıq gətirib: “Məlumdur ki, Azərbaycan Konstitusiyasının müddəasına görə, qanunun yüngülləşdirici halda geriyə qüvvəsi vardır. Buna görə də yeni qanun layihəsi möhlət hüququ gələn il bitən şəxslərə də şamil olunacaq. 30 yaşdan yuxarı artıq hərbi xidmətə çağırış reallaşdırılmayacaq”.
A.Əlizadə hərbi xidmət müddətinin 1 ilə endirilməsi məsələsinə də cavab verib: “Sual doğuran digər məsələlərdən biri hərbi xidmət müddətinin ali təhsili olmayanlar üçün 1 il yarımdan 1 ilə endirilməsidir. Gələcəkdə reallıqlar nəzərə alınmaqla bununla bağlı müvafiq addımlar atıla bilər, gözləntilərdən biri budur, lakin hazırkı qanun dəyişikliyində isə əksini tapmayıb. Bütövlükdə, qanuna edilən dəyişiklikləri mütərəqqi hesab edirəm. Bu istiqamətdə gələcəkdə insanımızın gözlədiyi müsbət müvafiq addımlar növbəti dəfə də atılacaq”.

Ana səhifəyə dön


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://reyting.az
archiveBu xəbər 16 Dekabr 2024 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see700

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see334

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see331

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see304

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see292

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see291

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see288

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see271

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see263

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see253

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see247

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see226

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see222

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see209

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see207

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see205

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see201

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri