Icma.az
close
up
RU
Deputatdan nazirliyə çağırış: “Buyursunlar, utanmamağın mexanizmini tapsınlar”

Deputatdan nazirliyə çağırış: “Buyursunlar, utanmamağın mexanizmini tapsınlar”

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Son illər ölkədə elmin inkişafı, bu istiqamətdə yeniliklər geniş müzakirə olunur. 

Bəzi alimlər bu sahədə mövcud problemləri maddi çətinliklər, müasir texniki avandanlıqların olmaması ilə əlaqələndirirlər. Bir qrup isə ölkədə yeni kəşflərin olmaması, alimlərin heç bir yeniliyə imza atmadan sadəcə elmi dərəcələr əldə edilməsi barədə fikir səsləndirirlər. 

Bugünlərdə elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, son beş ildə xaricdə elmi məqaləsi olmayan şəxs özünü alim adlandırmamalıdır. Nazir bildirib ki, alim adını yalançı alimlərdən qorunmaq lazımdır: 

“Elm adamlarının hər biri kimin necə alim olduğunu bilir. Alimlərin bir-birinə münasibəti dürüst deyilsə, o halda öz nüfuzlarını da qorumurlar. Layiq olmayan insanlara layiq olmadığı adları verməyin sonu yaxşı deyil. Son illər işlər görülür, amma inzibati qaydada tənzimləmək çətindir”. 

Nazirin bu fikri ziyalılar, ictimaiyyətin nümayəndələri tərəfindən birmənalı qarşılanmayıb. BDU-nun “Ərəb filologiyası” kafedrasının professoru Aida Qasımova bildirib ki, elm və təhsil naziri universitetlərdəki elm adamları ilə də maraqlanaydı, o, həm də elm naziridir: 

“Məsələn, professorların dərs yükü nə qədərdir? Bilirsinizmi? 

Həftədə 14-20 saat dərs deyən professorlar necə vaxt tapıb elmi yaradıcılıqla məşğul olurlar? Gürcüstanda A kateqoriyalı professorlar fərqləndirilir və onlara 6000 azn ekvivalenti qədər maaş verilir. Maraqlanmısınızmı? Doktoranturalara yer hansı prinsiplə ayrılır? 

Məsələn, 20 ilə yaxındır ki, mənim heç bir doktorantım, dissertantım yoxdur, halbuki digər sahədə (SCOPUS, Web of Science-də indeksləşən nəşrlərdə) ölkədə humanitar sahədə birinciyəm. Bu necə olur? İzah edin, zəhmət olmasa. Ən əsası, professor və dosentlərin maaşı barədə də fikir bildirin. 

Tələbələrin təxminən 90 faizi ödənişli təhsil alırsa, nədən bu, müəllimlərin maaşında əks olunmur? Buraxılış və kurs işlərini niyə ləğv elədiniz? Axı elmi tədqiqatın ilkin mərhələsi məhz bu işlərdir. 

Tələbə ilk müdafiəsini məhz bu işlərlə keçirib özünü sınayır, elmə həvəslənir. Əgər on tələbədən cəmi bir nəfəri həvəslə iş yazıb müdafiə edərdisə, yenə də bu sistemi qorumağa dəyərdi. Suallar çoxdur, cavablar yoxa çıxıb”. 

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, millət vəkili Elnarə Akimova “Cebheinfo.az”-a bildirib ki, Elm və Təhsil Nazirliyi məsələyə həm də öz işi kimi yanaşmalıdır: 

“Bir halda ki, bu qədər tənqid edirlər, o zaman öz işləri kimi yanaşsınlar. Onsuz da bu gün maddi imkanı olmayan alim pulsuzluğundan utanır. Mənim fikrimcə, xaricdə elmi məqalənin çap olunması elm göstəricisi hesab oluna bilməz. Təbii ki, bu, yaxş haldır, ancaq sırf ona əsaslanıb elmi göstərici saya bilmərik. 

Əslində bunu elm göstəricisi etməklə yenə də xaric amilini bütləşdiririk. Xaricdə də hamı Lütvi Zadə deyil. Xaricdə elmi məqalənin çap olunması o demək deyil ki, onların hər biri sözü eşidilən, dəyərli alimdir. 

Digər tərəfdən, əgər xaricdəki elmi jurnallarda məqalənin çapı elə həmin jurnalların özünün müəyyənləşdirdiyi bəlli bir məbləğdə vəsaitin o jurnalların hesabına köçürülməsi ilə mümkün olursa, həmin jurnallarda çap oluna bilməyən əsl alimlərimiz onsuz da bu gün pulsuzluqdan utanır. Eynşteynin yaxşı bir fikri var: 

“Siz İsa Peyğəmbəri, Musa Peyğəmbəri, Mahatma Qandini pul kisəsi ilə təsəvvür edirsizmi? Mən etmirəm”. Yəni önəmli olan hansısa yazını xaricdə çap etdirmək deyil. Əlbəttə, varsa, çox yaxşıdır. Amma xaricdə məqaləsinin çap edilməməsindən utanmamalı olan o qədər alimlərimiz var ki... Əsas məsələni əlaqədar elmi təsisatlarımız etməlidir. Onlardan biri də Elm və Təhsil Nazirliyidir. Buyursun, utanmamağın mexanizmini tapsın”. 

Millət vəkilinin sözlərinə görə, böyük elmi ideyalar təcrübə nəticəsində reallaşır: 

“Xaricdə məqalənin çap olunması yaxşıdır. Ancaq 5 ildə bir deyil, bir neçə məqalənin də çap olunması vacibdir. Gənclərin öz elmi təcrübələrini reallaşdırması üçün onlara müasir elmin tələblərinə və ehtiyaclarına cavab verən təcrübə meydanları yaradılmalı, laboratoriyalar təşkil olunmalıdır. 

Nazirlik bunun reallaşması üçün meydan açsın, şərait yaratsın, mexanizmləri hərəkətə gətirsin. Hamımız problemləri görürük, tənqid edirik, deyirik. 

Ancaq bunun üçün ittiham etmək yox, çıxış yollarını göstərmək lazımdır. Nazirliyin də işi bundan ibarət olmalıdır. Alim üçün şərait yaradılmalı, maddi- texniki baza olmalıdır. Biz o şəraiti yaradaq, ondan sonra Lütvi Zadələr yetişdirməyin qayğısına qalaq”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: Elnarə Akimova Emin Əmrullayev Aida Qasımova

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Dekabr 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri