Deputatlar Konqresinin sədri: İspaniya Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
İspaniya Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, bunu İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Keyptaun şəhərində “Böyük iyirmilik” ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammiti çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə bildirib.
Spiker Sahibə Qafarova regionda mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında sülh prosesi, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verib. Deputatlar Konqresinin sədri Fransina Armenqol Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması münasibətilə təbrik edərək, İspaniyanın regionda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində atılan addımları dəstəklədiyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 02 Oktyabr 2025 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















