Sahibə Qafarova İspaniya Krallığı Deputatlar Konqresinin sədri ilə görüşüb
Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Milli Məclisin sədri Sahibə Qafarova Keyptaun şəhərində “Böyük iyirmilik” ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammiti çərçivəsində İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol ilə görüşüb.
Newscenter.az xəbər verir ki, Milli Məclisin sədri özünün bu ilin mayında İspaniyaya ilk rəsmi səfərini və Deputatlar Konqresinin sədri ilə görüşünü xatırlayaraq, qarşılıqlı səfərlərin və görüşlərin ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı imkanlar yaratdığını, bu səfərin ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin inkişafına töhfəsini qeyd edib.
Söhbət zamanı qanunvericilik orqanlarımız arasında münasibətlərin daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Həmçinin parlament nümayəndə heyətləri arasında təmasların əlaqələrimizə müsbət töhfə verə biləcəyi qeyd edilib.
Spiker Sahibə Qafarova regionda mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında sülh prosesi, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verib. Deputatlar Konqresinin sədri Fransina Armenqol Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması münasibətilə təbrik edərək, İspaniyanın regionda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində atılan addımları dəstəklədiyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Süleyman
Bu mövzuda digər xəbərlər:Sahibə Qafarova Braziliya Deputatlar Palatasının sədri ilə görüşüb
29 İyul 2025 18:01
Sahibə Qafarova İspaniya Senatının sədri Pedro Rollanla görüşüb
19 May 2025 19:39
Sahibə Qafarova İtaliya Deputatlar Palatasının sədri Lorenzo Fontana ilə görüşüb
22 Yanvar 2025 21:03
İspaniya Deputatlar Konqresinin sədri Azərbaycan Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb
20 May 2025 20:34
Deputatlar Konqresinin sədri: İspaniya Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir
02 Oktyabr 2025 12:09
Baxış sayı:115
Bu xəbər 02 Oktyabr 2025 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















