Icma.az
close
up
RU
Deputatlardan bələdiyyələrə SƏRT TƏNQİD: “Törətdikləri cinayətlərə görə...”

Deputatlardan bələdiyyələrə SƏRT TƏNQİD: “Törətdikləri cinayətlərə görə...”

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məlum olduğu kimi, 150-dən çox bələdiyyənin fəaliyyətində cinayət əməli aşkarlanıb. Bu məsələ Milli Məclisdə də müzakirəyə çıxarılıb və vurğulanıb ki, bələdiyyələr hələ də qanunvericiliyin müddəalarını bilmirlər.
Azərbaycanda bələdiyyə institutu təkmilləşməsi üçün bir sıra islahatlar həyata keçirilib, qanun qəbul edilib. “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanun layihəsinin qəbul edilməsinin də bələdiyyələrin formalaşdırılmasına, onların fəaliyyətinin yüksəldilməsinə təkan verəcəyi qeyd olunmuşdu.
Bələdiyyələrin adının tez-tez cinayət əməllərinin və qanunsuzluqların olması  istiqamətində fikirlər bir qədər təzadlıdır. Bəzi hallarda buna səbəb kimi bələdiyyələrin məsuliyyətsizliyi, səriştəsizliyi, vəzifədən sui-istifadənin edilməsi, bəzi hallarda  isə qanunun tətbiqində boşluqlar olduğu vurğulanır.
Müqəssir kimdir?
Mövzu ilə bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Bizim.Media-ya danışıb. O bildirib ki, bələdiyyələrin məsuliyyətsizliyi, vəzifələrindən sui-istifadə etmələri heç də qanunda olan boşluqlarla əlaqələndirilməməlidir:
“2009-2024-cü ildə bələdiyyələrdə həyata keçirilən islahatlar - onların bəzilərinin ləğvi, bəzilərininsə birləşməsi göstərdi ki, dövlət yerli özünü idarəetmə orqanlarının təkmilləşməsində maraqlıdır. Artıq bir çox qanun və əsasnamələr eləcə də bələdiyyələri islahatlarındıran aktlar qəbul edilib. Qanunlara əlavə və dəyişikliklər edilib. Əlbəttə bələdiyyə sahəsində çalışan və üzv olan hər kəs qanunları mükəmməl bilməli, fəaliyyətini bu əsasda qurmalıdır". 
Onun sözlərinə görə, bir sıra bələdiyyələr hələ də qanunvericiliyə  lazımi qaydada müraciət etmirlər:
"Məhz buna görə də qanunların icrasına biganəlik, xoşagəlməz hallar baş verir. Onlarla bələdiyyə hər il inzibati məsuliyyətə cəlb edilir. Bir çox cinayət törədirlər və nəticədə bələdiyyələrin imicinə böyük ziyan vurulur. Hər kəs çalışdığı sahədə qanunun tələblərinə əməl etməlidir.
Ölkədə öz işini bacaran bələdiyyələr də var. Sözsüz ki, onların bu fəaliyyəti  nümunə kimi göstərilməlidir. Bələdiyyələrin məsuliyyətsizliyi, vəzifələrindən sui-istifadə etmələri heç də qanunda olan boşluqlarla əlaqələndirilməməlidir. Çünki qəbul olunmuş qanunlarda dövrün tələbi yeni reallıqlarla əlaqədar lazımi düzəlişlər  edilir və o bələdiyyələr üçün bir fakt kimi təqdim edilir. Ən başlıcası odur ki, bələdiyyələr öz fəaliyyətləri zamanı qanunvericiliyi özləri üçün əsas tutmalıdırlar”,- deyə o fikrini yekunlaşdırıb.
Qanunsuzluq hallarının qarşısı necə alına bilər?
Millət vəkili Kamran Bayramov isə qeyd edib ki, bələdiyyə sədrlərinin pozuntulara yol verməsinin səbəbləri qanunvericiliyə bələd olmaması, müəyyən qaydaların öyrənilməməsidir.
"Həmçinin bilərəkdən sui-istifadə hallarına yol verilməsi məsələsi kimi qəbul edilə bilər. Bu cür halların qarşısının alınması üçün buna rəvac verən səbəblər deyil, daha çox bələdiyyə sədrlərinin əməllərinin düzgün qiymətləndirilməsinə diqqət çəkilməlidir. Ədliyyə Nazirliyi də qanunsuzluqlar aşkarlandıqda aidiyyatı qurumlara müraciət edir, həmin bələdiyyə üzvləri barədə müəyyən ölçülər götürür. Bu cür halların təkrarlanmaması məqsədilə bələdiyyələrin maarifləndirilməsi işinə kifayət qədər diqqət yetirilməlidir",- deyə o fikrini yekunlaşdırıb.
Ayşən Rəhim, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://bizim.media
archiveBu xəbər 20 Fevral 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri